Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Ukrayna münaqişəsi ilə bağlı Azərbaycanla fikir ayrılıqlarının iki ölkə arasındakı münasibətlərə təsir etməməsini istəyir.
Kremlin nümayəndəsi Dmitri Peskov bildirib ki, Bakı və Moskva bu mövzuda eyni düşünməsə də, bu fikir ayrılığı əməkdaşlığa mane olmamalıdır.
Politoloq Turan Rzayev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan məsələyə tamamilə beynəlxalq hüquq çərçivəsində yanaşır və beynəlxalq hüququn hazırkı mərhələdə tələb etdiyi mövqeyi müdafiə edir.
“Azərbaycanın bu məsələdəki mövqeyi hesab edirəm ki, elə də təəccüblü deyil.
Xüsusilə də cənab Prezidentin Şuşada keçirilən forumda qeyd etdiyi ifadə: "Ukrayna xalqı işğalla barışmayacaqdı" və ardından səsləndirdiyi fikirlər.
Əslində, bunu cənab Prezident bir-iki il əvvəl də bildirmişdi. Burada əsas məsələ Azərbaycanın yanaşmasıdır.
Azərbaycanın mövqeyi budur ki, Rusiya tərəfi Ukraynanın ərazilərinin təxminən 20 faizini işğal edib və apardığı əməliyyatlar faktiki olaraq işğal xarakterlidir.