Icma.az
close
up
RU
Azərbaycan Rusiya Ukrayna münaqişəsində kimə tərəfdir?

Azərbaycan Rusiya Ukrayna münaqişəsində kimə tərəfdir?

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Ukrayna münaqişəsi ilə bağlı Azərbaycanla fikir ayrılıqlarının iki ölkə arasındakı münasibətlərə təsir etməməsini istəyir. Kremlin nümayəndəsi Dmitri Peskov bildirib ki, Bakı və Moskva bu mövzuda eyni düşünməsə də, bu fikir ayrılığı əməkdaşlığa mane olmamalıdır.

Politoloq Turan Rzayev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan məsələyə tamamilə beynəlxalq hüquq çərçivəsində yanaşır və beynəlxalq hüququn hazırkı mərhələdə tələb etdiyi mövqeyi müdafiə edir.

“Azərbaycanın bu məsələdəki mövqeyi hesab edirəm ki, elə də təəccüblü deyil. Xüsusilə də cənab Prezidentin Şuşada keçirilən forumda qeyd etdiyi ifadə: "Ukrayna xalqı işğalla barışmayacaqdı" və ardından səsləndirdiyi fikirlər. Əslində, bunu cənab Prezident bir-iki il əvvəl də bildirmişdi. Burada əsas məsələ Azərbaycanın yanaşmasıdır. Azərbaycanın mövqeyi budur ki, Rusiya tərəfi Ukraynanın ərazilərinin təxminən 20 faizini işğal edib və apardığı əməliyyatlar faktiki olaraq işğal xarakterlidir. Azərbaycan da vaxtilə işğala məruz qalmış bir ölkə kimi heç vaxt bu cür fəaliyyətləri siyasi baxımdan dəstəkləməyəcək. Açıq şəkildə bildirir ki, Ukraynanın əraziləri işğal olunub və işğalçı Rusiyadır”.

T.Rzayevin fikrincə, bu yanaşma, Rusiya–Azərbaycan münasibətlərindəki gərginliklə birbaşa əlaqəli deyil:

“Məncə, burada əsas məqam Azərbaycanın əvvəldən müdafiə etdiyi mövqenin indiki siyasi kontekstdə yenidən səsləndirilməsidir. Bu, bəzən Rusiyanın narazılığına səbəb olur. Əvvəllər də oxşar fikirlər səsləndirilib. Digər tərəfdən, Azərbaycan bu günə qədər Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalara qoşulmayıb, siyasi təzyiqlərə də ortaq olmayıb. Bu da Azərbaycanın balans siyasəti ilə əlaqəlidir. İndiki mərhələdə gərginlik müəyyən qədər artıb. Bu baxımdan da Azərbaycan Ukraynaya daha yaxın görünür. Amma əslində, dəyişən xüsusi bir şey yoxdur. Əvvəllər də Azərbaycan Ukraynanın mövqeyini dəstəkləyib. Mən xatırlayıram ki, Azərbaycan tərəfi Ukraynaya pulsuz yanacaq göndərmiş, eyni zamanda dərman və tibbi ləvazimatlar şəklində humanitar yardımlar etmişdi. Bu baxımdan, proseslər yeni deyil, sadəcə olaraq indiki siyasi şəraitdə daha qabarıq görünür. Bu da Azərbaycanın maraqları çərçivəsində baş verir”.

Politoloq qeyd edib ki, Azərbaycan heç bir halda işğalçını və işğala məruz qalan tərəfi eyni tutmur:

“Ola bilər, siyasi maraqlar naminə müəyyən dövrlərdə balans siyasəti yürüdülüb. Amma bu, işğalçını müdafiə etmək anlamına gəlmir. Azərbaycanın Rusiyanın yanında olmaması, eyni zamanda Ukraynada baş verənlərlə bağlı mövqesiz olması demək deyil. Cənab Prezidentin bir neçə il əvvəl səsləndirdiyi fikirlər yenə təkrarlandı və bir daha Azərbaycanın mövqeyi təsdiqləndi. Təəssüf ki, daxili auditoriyada, bəzi müxalif qruplar və bəzi xarici faktorlar Azərbaycanın Rusiyanın tərəfində olduğu təəssüratını yaratmağa çalışırlar. Amma vəziyyətin necə olduğunu yaxşı bilirlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 İyul 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri