Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir.
Cənubi Qafqazın lider ölkəsi, regionun söz sahibi, yer üzündə sabitliyin, rifahın, əmin-amanlığın qorunmasına fədakarcasına məhsuldar töhfələrini verən, şanlı keçmişi ilə hər bir sakininin iftixar mənbəyinə çevirilən bütöv və suveren Azərbaycanın sərhəd mühazifəsinin qürurlu tarixi, həm quruda, həm də hava da onun ərazi bütövlüyünü, hüdudlarını qoruyan Dövlət Sərhəd Xidməti var.
Sərhəd Qoşunlarımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin hərbi struktrunun formalaşması ilə bağlı olsa da, bu sahəyə xüsusi diqqətlərini ayıraraq, onun sürətli inkişafına öz töhfələrini verən Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev olub.
Azərbaycan Respublikasının Üçrəngli Dövlət Bayrağının ilk dəfə olaraq, 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasında, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasında Ulu Öndərimizin müstəsna və əvəzsiz xidmətləri olub.
Ulu Öndərin müvafiq qərarı ilə 18 avqust tarixinin 2000-ci ildən bəri, hər il sərhədçilərimizin peşə bayramı kimi qeyd olunması Azərbaycanın igid sərhədçilərinə göstərilən dəyər və etimadının bariz göstəricisidir.
2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin əyani sübutu idi.
Ulu Öndərin sərhədlərimizlə bağlı gördüyü işlər əslində Müstəqil Azərbaycanın öz sərhədlərini qorumağa qadir olduğunu nümayiş etdirirdi.