Icma.az
close
up
RU
Azərbaycan sərhədçisi suveren ölkəsinin sərhədlərini qoruyur

Azərbaycan sərhədçisi suveren ölkəsinin sərhədlərini qoruyur

Yenigundem saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənubi Qafqazın lider ölkəsi, regionun söz sahibi, yer üzündə sabitliyin, rifahın, əmin-amanlığın qorunmasına fədakarcasına məhsuldar töhfələrini verən, şanlı keçmişi ilə hər bir sakininin iftixar mənbəyinə çevirilən bütöv və suveren Azərbaycanın sərhəd mühazifəsinin qürurlu tarixi, həm quruda, həm də hava da onun ərazi bütövlüyünü, hüdudlarını qoruyan Dövlət Sərhəd Xidməti var.

Sərhəd Qoşunlarımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin hərbi struktrunun formalaşması ilə bağlı olsa da, bu sahəyə xüsusi diqqətlərini ayıraraq, onun sürətli inkişafına öz töhfələrini verən Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev olub. Azərbaycan Respublikasının Üçrəngli Dövlət Bayrağının ilk dəfə olaraq, 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasında, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasında Ulu Öndərimizin müstəsna və əvəzsiz xidmətləri olub.

Ulu Öndərin müvafiq qərarı ilə 18 avqust tarixinin 2000-ci ildən bəri, hər il sərhədçilərimizin peşə bayramı kimi qeyd olunması Azərbaycanın igid sərhədçilərinə göstərilən dəyər və etimadının bariz göstəricisidir.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, həm də Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin əyani sübutu idi. Ulu Öndərin sərhədlərimizlə bağlı gördüyü işlər əslində Müstəqil Azərbaycanın öz sərhədlərini qorumağa qadir olduğunu nümayiş etdirirdi. Bir sözlə, Dövlət Sərhəd Xidmətinin yaradılması, qısa zaman kəsiyində fəaliyyət istiqamətinə uyğunlaşması Azərbaycan xalqının xarici təsirlərdən qorunması, ölkənin təhlükəsizliyinin təmin edilməsi sahəsində atılan ən uğurlu və perspektivli addım oldu.
Bütöv və suveren Azərbaycanımızın qəhrəman sərkərdəsi, Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin imkanlarının genişləndirilməsi, dünya hərb sisteminə uyğunlaşdırılması istiqamətində gördüyü müqəddəs ardıcıl işlər xüsusi olaraq vurğulanmalıdır.

21 il ərzində qalib lideri ilə tarixin çətin və keşməkeşli yollarından üzüağ çıxmış qalib Azərbaycanın sərhəd mühafizəsi istiqamətində əməli işlər görülüb.

Müasir sərhəd mühafizə infrastrukturunun, sərhəd aviasiyasının, sahil mühafizəsinin yaradılması ilə yanaşı, dövlət sərhədinin mühafizəsində peyk texnologiyalarının tətbiqini, sərhəd məntəqələrində radiolokasiya sistemlərinin, səyyar və stasionar müşahidə və elektron-optik vasitələrin istifadəsini, xidmətdaxili rəqəmsal informasiya sisteminin formalaşdırılmasını mühüm uğur kimi səciyyələndirmək olar.

DSX Akademiyasının və Xüsusi Məktəbinin yaradılması ilə Dövlət Sərhəd Xidmətində bacarıqlı və peşəkar kadrların yetişdirilməsi sərhədçilərimizin səriştəli kimi yetişmələrinə səbəb olub.

Sərhədçilərin sosial-məişət vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər ötən müddət ərzində qazanılan ciddi müvəffəqiyyətlərdir.
Sadaladığımız uğurlar sərhədlərimizi qoruyan qəhrəmanlara göstərilən diqqətin göstəricisidir. 2016, 2018-ci illərdə DSX qarşısında qoyulan işlərin uğurla tam yerinə yetirilməsi görülən işlərin səmərəli bəhrəsini hesab etmək olar.
44 günlük haqq və ədalət savaşımızda sərhədçilərimizin göstərdiyi şücaət bu gün dünyanın aparıcı hərbi instutlarında təcrübə kimi tədris olunur.

44 günlük Vətən Müharibəsində Dövlət Sərhəd Xidməti sərhədçilərinin Müzəffər Ali Baş Komandanın verdiyi tapşırıqlarının tam yerinə yetirilməsi Xidmətin bir daha peşəkar və məsuliyyətindən xəbər verir.

DSX-nin “Harop,” “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd “S-300” raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 291 düşmən hədəflərinin zərərsizləşdirilməsi yüksək məharət və vətənpərvərliyin təntənəli nümünəsidir.

Vətən müharibəsində 12 Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, 176 nəfər müxtəlif ordenlərlə, 5203 nəfər isə müxtəlif medallarla təltif olunub.

Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Allah bütün şəhidlərimizə rəhmət etsin!. Qazilərimiz tezliklə şəfa tapsınlar.

DSX-nın yüksək qəhrəmanlığı sayəsində Azərbaycan Respublikası- İran İslam Respublikası arasında olan sərhdələrimizin tam nəzarətə keçməyi son 30 ilin şanlı Zəfəridir.

Bu gün fəxr hiss ilə deyə bilərik ki, Azərbaycan əsgəri müqəddəs üçrəngli bayrağımız altında Azərbaycan- Ermənistan sərhədində vətəninin maraqlarını qoruyur.
23 aprel 2023-cü il tarixdə saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında “Laçın” dövlət sərhədində buraxılış məntəqəsinin və zəruri infrastrukturla təmin edilərək fəaliyyətə başlaması şanlı tariximizdir.
20 sentyabr 2023- cü il tarixində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, şanlı Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri ilə dövlətimizin suverenliyi tam bərpa edilib. Bəli, bu gün Azərbaycanın bayrağı onun hər bir yerində dalğalanır.
Bu Böyük Zəfər bütün kainata nümayiş etdirdi ki, xalqının dəstəyinə arxalanan, xalqın sonsuz inamından ilhamlanan sərkərdənin rəhbərlik etdiyi dövlət böyük güclərin müqavimətinə baxmayaraq, öz suverenliyini bərpa etməyə qadirdir!
Fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına riayət, qanunçuluq, humanistlik və Silahlı Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında quran Dövlət Sərhəd Xidmətinin rəhbərliyi öz andına sadiq qalaraq xidməti vəzifələrində sadiqlik, peşəkarlıq, vətənpərvərlik nümayiş etdirir.
Başda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik cənab Elçin müəllim Quliyev olmaqla xidmətin bütün qəhrəman əməkdaşlarına, bütün sərhədçilərimizə- bizləri mümkün olan təhlükələrdən qoruyanlara təşəkkür edir, onlara xidməti vəzifələrində uğurlar, cansağlığı və rifah diləyirəm!
Yaşasın bütöv və suveren Azərbaycanın sərhədçiləri!

Təbriz Məhərrəmoğlu

Yenigundem.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 03 Dekabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri