Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilərmi? | Icma.az
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdən dördünün (Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan) Avropa İttifaqı (Aİ) ilə yaxınlaşması və Yunan Kiprinin müstəqilliyini tanımaq barədə qərarı hazırda gündəm mövzusu olan, ən çox müzakirə edilən məsələlərdəndir.
Aprelin 4-də Özbəkistanda keçirilən Orta Asiya (və ya Mərkəzi Asiya) və Aİ sammitində adıçəkilən dörd dövlət 12 milyard avro yatırım üçün BMT TŞ-nin Şimali Kipr Türk Respublikasının qurulmasını qınayan və türk Kiprini tanımamağa çağıran 541 və 550 saylı qətnaməni qəbul ediblər.
Həmçinin, həmin dövlətlər Yunan Kiprinə səfir təyin etməyə başlayıblar.
Belə ki, beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Cümhuriyyətini BMT TŞ illeqal adlandırır, Türkiyəni bölgədə işğalçı güc kimi görür.
TDT üzvləri də sözügedən qətnamələri qəbul etməklə Türkiyəni işğalçı kimi qəbul etmiş olublar.Azərbaycan da TDT-nin tamhüquqlu üzvlərindəndir və qeyd etdiyimiz türk dövlərindən fərqli olaraq ŞKTC-yə dəstəyini dəfələrlə bəyan edib.
Elə bir neçə gün əvvəl Azərbaycan Diplomatiya Akademiyasında keçirilmiş beynəlxalq forumda Prezidenti İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan sonuna qədər Şimali Kiprin yanındadır, Dövlət başçımızın Şimali Kipr Türk Respublikasının prezidenti ilə görüşləri və göstərilən münasibət də göz önündədir.Bəs maraqlıdır, Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini də tanıya bilərmi?
Belə bir gözlənti nə dərəcədə realdır? Azərbaycan- Şimali Kipr Dostluq Cəmiyyətinin Sədri Orxan Həsənoğlu Missiya.Az-a açıqlamasında bildiri
Tam oxu
Xəbəri oxu