Icma.az
close
up
RU
Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilərmi?

Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilərmi?

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdən dördünün (Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan) Avropa İttifaqı (Aİ) ilə yaxınlaşması və Yunan Kiprinin müstəqilliyini tanımaq barədə qərarı hazırda gündəm mövzusu olan, ən çox müzakirə edilən məsələlərdəndir. Aprelin 4-də Özbəkistanda keçirilən Orta Asiya (və ya Mərkəzi Asiya) və Aİ sammitində adıçəkilən dörd dövlət 12 milyard avro yatırım üçün BMT TŞ-nin Şimali Kipr Türk Respublikasının qurulmasını qınayan və türk Kiprini tanımamağa çağıran 541 və 550 saylı qətnaməni qəbul ediblər. Həmçinin, həmin dövlətlər Yunan Kiprinə səfir təyin etməyə başlayıblar. Belə ki, beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Cümhuriyyətini BMT TŞ illeqal adlandırır, Türkiyəni bölgədə işğalçı güc kimi görür. TDT üzvləri də sözügedən qətnamələri qəbul etməklə Türkiyəni işğalçı kimi qəbul etmiş olublar.
Azərbaycan da TDT-nin tamhüquqlu üzvlərindəndir və qeyd etdiyimiz türk dövlərindən fərqli olaraq ŞKTC-yə dəstəyini dəfələrlə bəyan edib. Elə bir neçə gün əvvəl Azərbaycan Diplomatiya Akademiyasında keçirilmiş beynəlxalq forumda Prezidenti İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan sonuna qədər Şimali Kiprin yanındadır, Dövlət başçımızın Şimali Kipr Türk Respublikasının prezidenti ilə görüşləri və göstərilən münasibət də göz önündədir.
Bəs maraqlıdır, Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini də tanıya bilərmi? Belə bir gözlənti nə dərəcədə realdır? 
Azərbaycan- Şimali Kipr Dostluq Cəmiyyətinin Sədri Orxan Həsənoğlu Missiya.Az-a açıqlamasında bildirib ki, Azərbaycan digər Türk Cümhuriyyətləri ilə müqayisədə uzun illərdir, ŞKTC-nin ictimai-siyasi həyatında mövcuddur. O.Həsənoğlu hesab edir ki, qısa zamanda Azərbaycan Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyacaq, orada rəsmi nümayəndəliyini açacaq:
“İctimai, siyasi, mədəni əlaqələrimiz bizim gələcəkdə diplomatik münasibətlərə olan inamımızı çox artırır. Xalq diplomatiyası dediyimiz qarşılıqlı fəaliyyətlərimiz mövcuddur. Təsadüfi deyil ki, keçdiyimiz il Azərbaycan parlamentində Azərbaycan – Şimali Kipr Parlamentlərarası Dostluq İşçi Qrupu yaradıldı. Qrup yarandığı dövrdən bu günə qədər parlament nümayəndələri bir neçə dəfə Azərbaycan - Kipr Dostluq Cəmiyyətinin Şimali Kiprdə həyata keçirdiyi tədbirlərdə iştirak ediblər”.

Azərbaycan - ŞKTC Dostluq Cəmiyyətinin Sədri vurğulayıb ki, TDT üzvü olan qardaş ölkələrin bir çoxu dünyadakı müxtəlif beynəlxalq qurumlarda təmsil olunurlar və müstəqil dövlətlərdir: 
“Onların istənilən ölkəl ilə diplomatik əlaqələr qurması təbii ki, ayrı ölkələrin vətəndaşı olaraq bizim müzakirə edəcəyimiz məsələlər deyil. Lakin buna sadəcə dövlətlərarası münasibətlər kimi baxmaq da olmaz. Söhbət Türk Dövlətlərinin Təşkilatının çətiri altında iş birliyindən gedir. Atılan həmin addım, qəbul edilən sözügedən 541 və 550 saylı maddələr birbaşa qardaşımız olan Şimali Kiprin əleyhinə istifadə edilən maddələrdir. Bu qərarın qəbul edilməsi çox üzücüdür. Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi ölkələrin bizi 12 milyard avroya satdıqlarını dilə gətirmək özümüzə qarşı da hörmətsizlikdir. Birincisi, ortada iddia edilən fakt yoxdur. İkincisi, qəbul edilməlidir ki, bu gün Qazaxıstan uranyum sahəsində dünyanın aparıcı ölkəsidir. Özbəkistan da iqtisadi, enerji siyasəti cəhətdən çox ciddi bir ölkədir. Onların büdcəsinə nəzər yetirdikdə 12 milyard avroluq rəqəmə qarşı bizim birliyimizi satmaqlarını iddia etmək də doğru deyil. Bu sahədə düşünürəm ki, səbrli olmaq lazımdır. Dünyada çox ciddi geo-siyasi dəyişikliklər gedir. Qeyd etdiyimiz dəyişiliklər Kipr adasından da yan keçməyəcək. Kipr türk tərəfi kimi tanınmayan bir dövlət olsa da, dünyanın ayrılmaz parçasıdır. Şimali Aralıq dənizi dünyanın bütün gücləri tərəfindən ən çox strateji əhəmiyyətə malik coğrafi bölgədir. Ortada baş verən ciddi məsələlər var ki, buna sadəcə Kipr məsələsi kimi də baxmayaq, ümumi TDT-nin maraqlarına zidd bir addım kimi qiymətləndirilməlidir. Onu da nəzərə alaq ki, bölgədə Çin kimi çox böyük bir qüvvə, Rusiya kimi olduqca ciddi maraqları olan dövlət var. Görək, növbəti günlərdə hadisələrə necə irəliləyəcək, hər şey daha da aydın olacaq".

Zərintac Mayisqızı
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://missiya.az
archiveBu xəbər 17 Aprel 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri