525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“ABŞ Prezidenti Donald Trampın Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını Azərbaycanın dəstəkləməsi və üzv dövlət olmaqla bağlı dəvətə razılıq verməsi, ondan xəbər verir ki, ölkəmiz sülhü sadəcə regionda deyil, bütün dünyada təşviq edir”.
Bu barədə 525.az-a politoloq Şəbnəm Həsənova deyib. O bildirib ki, Yaxın Şərqdə baş verən proseslər bəllidir, resurslar uğrunda savaşın aktu
Rusiya-Ukrayna məsələsi ilə bağlı əldə edilə bilməyən nəticələr və reallıq göz önündədir.
“Təbii ki, bütün bunların fonunda Azərbaycan beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır.
Belə çətin proseslərin içindən çıxmaq üçün aydın vizyonu olan liderlərə ehtiyac duyulur.
Bu işdə fövqəldövlətin Azərbaycana dəvət göndərməsi, Azərbaycanı aktorlar arasında görmək istəyi Prezident İlham Əliyevin yürüdüyü siyasətin son dərəcə korrekt olduğundan xəbər verir”, - politoloq əlavə edib.
Xatırladaq ki, yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycanı təşkilata Təsisçi Üzv Dövlət olmağa dəvət edib.