“Azərbaycan sülhü sadəcə regionda deyil, bütün dünyada təşviq edir” Politoloq
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“ABŞ Prezidenti Donald Trampın Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını Azərbaycanın dəstəkləməsi və üzv dövlət olmaqla bağlı dəvətə razılıq verməsi, ondan xəbər verir ki, ölkəmiz sülhü sadəcə regionda deyil, bütün dünyada təşviq edir”.
Bu barədə 525.az-a politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, Yaxın Şərqdə baş verən proseslər bəllidir, resurslar uğrunda savaşın aktuallığı, Qrenlandiya məsələsi aydındır. Rusiya-Ukrayna məsələsi ilə bağlı əldə edilə bilməyən nəticələr və reallıq göz önündədir.
“Təbii ki, bütün bunların fonunda Azərbaycan beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır. Belə çətin proseslərin içindən çıxmaq üçün aydın vizyonu olan liderlərə ehtiyac duyulur. Bu işdə fövqəldövlətin Azərbaycana dəvət göndərməsi, Azərbaycanı aktorlar arasında görmək istəyi Prezident İlham Əliyevin yürüdüyü siyasətin son dərəcə korrekt olduğundan xəbər verir”, - politoloq əlavə edib.
Xatırladaq ki, yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycanı təşkilata Təsisçi Üzv Dövlət olmağa dəvət edib. Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan dəvəti qəbul edərək, Sülh Şurasına Təsisçi Üzv Dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Qeyd olunub ki, Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 21 Yanvar 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















