Azərbaycan Suriyanı qazla təmin edəcək

12.07.2025

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə bu gün Prezidenti İlham Əliyevin Suriyanın keçid dövrü prezidenti Əhməd Əl-Şaraa ilə geniş tərkibdə görüşündə bildirilib.

Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi qeyd olunub. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi bildirilib. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb. pizza mizza


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью