Azərbaycan Suriyanı qazla təmin edəcək
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək.
Yenisabah.az xəbər verir ki, bu barədə bu gün Prezidenti İlham Əliyevin Suriyanın keçid dövrü prezidenti Əhməd Əl-Şaraa ilə geniş tərkibdə görüşündə bildirilib.
Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi qeyd olunub. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi bildirilib. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb. pizza mizza

Suriyanı internetlə Türkiyə təmin edəcək Uraloğlu
24 Aprel 2025 14:41
Ərdoğan Suriyanı “dirçəltməyə” kömək edəcək
20 Dekabr 2024 16:33
Fidan İordaniyada Suriyanı müzakirə edəcək
13 Dekabr 2024 23:04
Azərbaycan və Türkiyə liderləri Suriyanı müzakirə ETDİ
10 Dekabr 2024 17:56
Rusiya və İran Suriyanı tərk edəcək
02 Dekabr 2024 23:17

