Azərbaycan “Tank”ı kəmər döyüşünə çıxacaq

28.05.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Azərbaycanın və ASED təşkilatının MMA döyüşçüsü Turac Əliyev növbəti sınağına çıxacaq.

Yenisabah.az xəbər verir ki, "Tank" ləqəbli döyüşçümüz mayın 30-da GFC liqasının turnirində qüvvəsini sınayacaq.

61 kq çəkidə çıxış edən idmançımız Gürcüstanın paytaxtı Tbilisidə kəmər uğrunda döyüşəcək. Onun rəqibi yerli Dmitri Bolkavadze olacaq.

Bu, peşəkar karyerasında 6 qələbəsi olan Turacın 8-ci döyüşüdür. Bolkavadze isə 10 sınaqdan 8-də qalib gəlib.

Qeyd edək ki, “Tank” GFC liqasında keçirdiyi 2 döyüşdə məğlubedilməz rəqibləri Nika Jakoniya (8 qələbə) və Badri Potshraşvili (6 qələbə) üzərində qələbələri sıralayıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью