Azərbaycan “Tank”ı kəmər döyüşünə çıxacaq
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Azərbaycanın və ASED təşkilatının MMA döyüşçüsü Turac Əliyev növbəti sınağına çıxacaq.
Yenisabah.az xəbər verir ki, "Tank" ləqəbli döyüşçümüz mayın 30-da GFC liqasının turnirində qüvvəsini sınayacaq.
61 kq çəkidə çıxış edən idmançımız Gürcüstanın paytaxtı Tbilisidə kəmər uğrunda döyüşəcək. Onun rəqibi yerli Dmitri Bolkavadze olacaq.
Bu, peşəkar karyerasında 6 qələbəsi olan Turacın 8-ci döyüşüdür. Bolkavadze isə 10 sınaqdan 8-də qalib gəlib.
Qeyd edək ki, “Tank” GFC liqasında keçirdiyi 2 döyüşdə məğlubedilməz rəqibləri Nika Jakoniya (8 qələbə) və Badri Potshraşvili (6 qələbə) üzərində qələbələri sıralayıb.
Bu mövzuda digər xəbərlər:Azərbaycan kikboksçusu Türkiyədə növbəti döyüşünə çıxacaq
10 Fevral 2026 18:11
Turac Əliyev: “Tank”ı mənə onlar verib” MÜSAHİBƏ
17 Fevral 2025 15:57
MMA:Nəriman Abbasov növbəti döyüşünə çıxacaq
11 Noyabr 2024 18:37
Azərbaycan boksçusu MDB ölkələri kəməri uğrunda revanş döyüşünə çıxacaq AZƏRTAC
18 Noyabr 2024 11:18
MMA: Nəriman Abbasov növbəti döyüşünə çıxacaq
11 Noyabr 2024 18:44
Baxış sayı:151
Bu xəbər 28 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















