Azərbaycan təkcə ənənəvi enerji mənbələri ilə deyil, bərpa olunan enerji və “yaşıl keçid” …
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycanln 44 günlük Vətən müharibəsindən sonra regionda yaratmış olduğu yeni reallıq yaxın və uzaq qonşularımız, bizə tərəfdaş olan və olmayan ölkələr tərəfindən də maraqla izlənilir, təqdir olunur və müəyyən nəticələr çıxarılır.
Çıxarılan nəticələr isə birbaşa Azərbaycanın maraqlarına xidmət edir, ölkəmizin xeyrinə olur.
Bu günlərdə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına olan diqqət, ölkə başçımızla görüşə göstərilən maraq yuxarı qeyd etdiklərimizin əyani sübutudur.
İsveçrəyə qədəm qoyduğu gündən Prezident İlham Əliyevin gərgin iş qrafiki ilə işləməsi, ölkə lideri ilə görüşlərə olan maraq həm dövlət başçısının liderlik keyfiyyətləri, güclü siyasi rəhbər xarakterindən, həm də Azərbaycanın əlverişli coğrafiyada yerləşməsi və etibarlı tərəfdaş olmasından irəli gəlir”.Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Prezident İlham Əliyevin Davosa səfərini şərh edərkən səsləndirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşən, enerji resursları, nəqliyyat marşrutları və regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyan dövlətdir.
Onun sözlrinə görə, bu strateji mövqe Davos kimi qlobal platformalarda ölkənin rolunu daha da ön plana çıxarır:“Xüsusilə Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar beynəlxalq ictimaiyyətin diqqətini Bakıya yönəldir.
Təsadüfi deyil ki, dövlət başçısının keçirdiyi görüşlərdə də post-münaqişə dövründə regional əməkdaşlıq, nəqliyyat-kommunikasiya xətlərinin açılması və dayanıqlı sülh perspektivləri aparılan müzakirələrin əsas mövzularından biri oldu.
Tam oxu
Xəbəri oxu