Azərbaycan təkcə ənənəvi enerji mənbələri ilə deyil, bərpa olunan enerji və “yaşıl keçid” təşəbbüsləri ilə də diqqət çəkir
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycanln 44 günlük Vətən müharibəsindən sonra regionda yaratmış olduğu yeni reallıq yaxın və uzaq qonşularımız, bizə tərəfdaş olan və olmayan ölkələr tərəfindən də maraqla izlənilir, təqdir olunur və müəyyən nəticələr çıxarılır. Çıxarılan nəticələr isə birbaşa Azərbaycanın maraqlarına xidmət edir, ölkəmizin xeyrinə olur. Bu günlərdə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına olan diqqət, ölkə başçımızla görüşə göstərilən maraq yuxarı qeyd etdiklərimizin əyani sübutudur. İsveçrəyə qədəm qoyduğu gündən Prezident İlham Əliyevin gərgin iş qrafiki ilə işləməsi, ölkə lideri ilə görüşlərə olan maraq həm dövlət başçısının liderlik keyfiyyətləri, güclü siyasi rəhbər xarakterindən, həm də Azərbaycanın əlverişli coğrafiyada yerləşməsi və etibarlı tərəfdaş olmasından irəli gəlir”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Prezident İlham Əliyevin Davosa səfərini şərh edərkən səsləndirib. Millət vəkili qeyd edib ki, Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşən, enerji resursları, nəqliyyat marşrutları və regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyan dövlətdir. Onun sözlrinə görə, bu strateji mövqe Davos kimi qlobal platformalarda ölkənin rolunu daha da ön plana çıxarır:
“Xüsusilə Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlar beynəlxalq ictimaiyyətin diqqətini Bakıya yönəldir. Təsadüfi deyil ki, dövlət başçısının keçirdiyi görüşlərdə də post-münaqişə dövründə regional əməkdaşlıq, nəqliyyat-kommunikasiya xətlərinin açılması və dayanıqlı sülh perspektivləri aparılan müzakirələrin əsas mövzularından biri oldu. Xüsusilə, enerji məsələlərinə geniş diqqət ayrıldı. Sirr deyil ki, Avropada enerji təhlükəsizliyi ilə bağlı çağırışların artdığı bir dövrdə Azərbaycanın rolu daha da əhəmiyyətli hesab olunur və keçirilən hər bir görüşdə bu açıq şəkildə ifadə edildi. Eyni zamanda, Azərbaycan təkcə ənənəvi enerji mənbələri ilə deyil, bərpa olunan enerji və “yaşıl keçid” təşəbbüsləri ilə də diqqət çəkir”.
Millət vəkili deyib ki, forum çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə də həm ölkəmizin mövqeyinin, həm də mövcud vəziyyətin, investisiya imkanlarının bir daha dünyaya çatdırılması baxımından əhəmiyyətli idi:
“Dövlət başçısı sözügedən müsahibədə də Azərbaycanın enerji siyasətinə toxundu, Azərbaycan təbii qazının 16 ölkəyə ixrac edildiyini diqqətə çatdırdı. Bildirdi ki, bu ölkələrdən 10-u məhz Avropa İttifaqının üzvüdür. Lakin təəssüf hissi ilə o da qeyd edildi ki, bir sıra hallarda Avropada Azərbaycana qarşı qərəzli mövqe, ədalətsiz yanaşma özünü göstərir. Azərbaycan lideri Avropa Parlamentinin timsalında bunu qeyd etdi. Bu cür yanaşmanı haqlı olaraq tənqid edən Prezident İlham Əliyev qeyd etdi ki, artıq Avropa Parlamentinin tənqidlərinə reaksiya vermək dayandırılıb, əməkdaşlıq yalnız konstruktiv və praktik formatda Avropa Komissiyası ilə davam etdirilir. Prezident bununla bir daha həmin dairələrə açıq şəkildə mesaj vermis oldu ki, Azərbaycan müstəqil diplomatik xəttini davam etdirəcək və beynəlxalq münasbətlərdə prinsipial mövqeyindən geri çəkilməyəcək”.
Süleyman
Bu mövzuda digər xəbərlər:Bakıda Avropanın enerji xəritəsi çəkilir Azərbaycan həm ənənəvi, həm də yaşıl enerji üçün hab rolunda
04 Aprel 2025 10:29
Ənənəvi enerjidən yaşıl enerjiyə keçid Millət vəkili yazır
04 Noyabr 2024 17:43
Yaşıl gündəlik fonunda ənənəvi enerji mənbələrinin rolu unudulmamalıdır ŞƏRH
10 Aprel 2025 17:51
Azərbaycan sadəcə ənənəvi enerji resursu ilə deyil, alternativ enerji resursları ilə Avropanı təmin edəcək
31 İyul 2025 23:30
Yaşıl keçid: Enerji diplomatiyasının prioriteti
09 Aprel 2025 10:48
Baxış sayı:86
Bu xəbər 21 Yanvar 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















