Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) yaranmasının təşəbbüskarı, memarı, həm də ideoloji əsaslarını formalaşdıran məmləkətdir.
Ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə diqqət yetirib.
Ondan sonra varisi prezident İlham Əliyev 2009-cu ildə Naxçıvanda yeni və möhkəm təməl qoydu.
O, TDT-nin rəhbərlərini inandıra bildi ki, bu ailə böyüyüb, ayaqüstə durmalıdır.
Çox keçmədi ki, Macarıstanı da təşkilatın sıralarında gördük".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.O bildirib ki, İlk başlarda Orta Asiyada olan türk dövlətləri bu təşkilata böyük maraq göstərmirdilər:"Azərbaycanın 2020-ci ildəki qələbəsi onlar üçün çağırışa çevrildi.
Başa düşdülər ki, Bakı bu tərzdə öz problemini həll edirsə, ona dayaq olmaq lazımdır.
Macarıstanın təşkilata qoşulması o deməkdir ki, TDT artıq dünyada söz sahibinə çevrilib.