Icma.az
close
up
RU
Azərbaycan təşkilatın memarıdır: Türk Dövlətləri Təşkilatı nələr vəd edir?

Azərbaycan təşkilatın memarıdır: Türk Dövlətləri Təşkilatı nələr vəd edir?

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) yaranmasının  təşəbbüskarı, memarı, həm də ideoloji əsaslarını formalaşdıran məmləkətdir. Ümumilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə diqqət yetirib. Ondan sonra varisi prezident İlham Əliyev 2009-cu ildə Naxçıvanda yeni və möhkəm təməl qoydu. O, TDT-nin rəhbərlərini inandıra bildi ki, bu ailə böyüyüb, ayaqüstə durmalıdır. Çox keçmədi ki, Macarıstanı da təşkilatın sıralarında gördük".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, İlk başlarda Orta Asiyada olan türk dövlətləri bu təşkilata böyük maraq göstərmirdilər:
"Azərbaycanın 2020-ci ildəki qələbəsi onlar üçün çağırışa çevrildi. Başa düşdülər ki, Bakı bu tərzdə öz problemini həll edirsə, ona dayaq olmaq lazımdır. Macarıstanın təşkilata qoşulması o deməkdir ki, TDT artıq dünyada söz sahibinə çevrilib. Təkcə əhalinin sayı, ümumdaxili məhsul deyil, rəsmi Bakı Avrasiya məkanında elə bir məsələ yoxdur ki, onunla bağlı öz qəti mövqeyini bildirməsin. Bakı hansı işdən yapışırsa, onu həll edir.
Onun sözlərinə görə, bəzi mərkəzlər kor-təbii şəkildə çıxış edirlər, ancaq TDT dövlətləri həqiqətən zamanın çağırışlarını düzgün qəbul və transkripsiya edir:
"Azərbaycan transkripsiyanı qabarıq şəkildə açır ki, hansı hədəflərimiz olduğu, hansı mövqedə dayanmağımız bəlli olsun. Düşünürəm ki, iqtisadi potensial güclənməlidir, həm də texnoloji suverenlik bərpa edilməlidir. Gələcəkdə texnoloji irəliləyiş bütün proseslərin taleyini həll edəcək. Bu zəmində "Texnofest" səviyyəsində təşkilatlanırıq. Bunlar hələki başlanğıc olsa da, böyük gələcəyi var. Bu sahədə təşkilatın üzvlərindən ən irəlidə olan dövlət Macarıstandır. Macarıstanda rəqəmsallaşma böyük bazaya malikdir. Digər TDT dövlətləri də bu prosesdə maraqlı olmalıdır. Təşkilatın böyük gələcəyi var. Adımızı bədnam etmək istəyənlərin səyləri fiaskoya uğrayacaq. Biz yolumuzu tapmışıq, qarşımızı heç kim ala bilməyəcək".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 May 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri