Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda torpaqların konsolidasiyası sahəsində qabaqcıl təcrübəyə malik ölkələrin nümayəndələri və sahə üzrə beynəlxalq ekspertlərlə müvafiq proqramların həyata keçirilməsi imkanları müzakirə olunub.
Kənd Təsərrüfatı Nazirliyindən 525.az-a verilən məlumata görə, müzakirələr Budapeştdə BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) təşkil etdiyi 16-cı LANDNET tədbirində baş tutub.
Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edib. Tədbirdə əsas müzakirə mövzuları torpaqların konsolidasiyası və torpaq bankçılığının həya
Tədbirdə torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə strategiya ətraflı müzakirə olunub.
Həmin strategiya bu iki bir-birini tamamlayan torpaq idarəetmə alətinin tətbiqinə dair geniş siyasət çərçivəsini müəyyənləşdirir.
Strategiyada bu alətlərin mahiyyəti açıqlanır, onların müxtəlif problemlərin həllində necə tətbiq edilə biləcəyi göstərilir və proqram səviyyəsində həyata keçirilməsi üçün zəruri addımların yol xəritəsi təqdim olunur.
Torpaqların konsolidasiyası və torpaq bankçılığı alətlərinin tətbiqində əsas məqsəd – torpaq sahələrinin həddindən artıq parçalanmasının qarşısının alınması və təsərrüfatların orta ölçüsünün artırılması yolu ilə kənd təsərrüfatı strukturunun təkmilləşdirilməsidir.