Icma.az
close
up
RU
Azərbaycan torpaqların konsolidasiyasına beynəlxalq ekspertləri cəlb etmək istəyir

Azərbaycan torpaqların konsolidasiyasına beynəlxalq ekspertləri cəlb etmək istəyir

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda torpaqların konsolidasiyası sahəsində qabaqcıl təcrübəyə malik ölkələrin nümayəndələri və sahə üzrə beynəlxalq ekspertlərlə müvafiq proqramların həyata keçirilməsi imkanları müzakirə olunub.

Kənd Təsərrüfatı Nazirliyindən 525.az-a verilən məlumata görə, müzakirələr Budapeştdə BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) təşkil etdiyi 16-cı LANDNET tədbirində baş tutub.

Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edib. Tədbirdə əsas müzakirə mövzuları torpaqların konsolidasiyası və torpaq bankçılığının həyata keçirilməsi sahəsində gələcəyə baxış, ailə təsərrüfatları ilə səciyyələnən rəqabətqabiliyyətli kənd təsərrüfatı sektorunun yaradılması, gənclər və qadınlar da daxil olmaqla, hər kəs üçün layiqli yaşayış şəraiti təklif edən dinamik kənd ərazilərinin inkişaf etdirilməsi, həmçinin ölkələrin inkişaf çağırışlarına – xüsusilə iqlim dəyişikliyinə – hazırlığının gücləndirilməsi məsələləri olub.

Tədbirdə torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə strategiya ətraflı müzakirə olunub. Həmin strategiya bu iki bir-birini tamamlayan torpaq idarəetmə alətinin tətbiqinə dair geniş siyasət çərçivəsini müəyyənləşdirir. Strategiyada bu alətlərin mahiyyəti açıqlanır, onların müxtəlif problemlərin həllində necə tətbiq edilə biləcəyi göstərilir və proqram səviyyəsində həyata keçirilməsi üçün zəruri addımların yol xəritəsi təqdim olunur.

Torpaqların konsolidasiyası və torpaq bankçılığı alətlərinin tətbiqində əsas məqsəd – torpaq sahələrinin həddindən artıq parçalanmasının qarşısının alınması və təsərrüfatların orta ölçüsünün artırılması yolu ilə kənd təsərrüfatı strukturunun təkmilləşdirilməsidir. Bundan əlavə, bu alətlər kənd ərazilərinin inkişafı ilə bağlı digər strateji hədəflərə çatmaq və iqlim dəyişikliyi fonunda yaranan çağırışlara cavab vermək üçün də istifadə edilə bilər. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqlar (istər dövlət, istərsə də xüsusi mülkiyyət formasında) dövriyyədən çıxarılaraq yeni məqsədlərə yönəldilə bilər.

Torpaqların konsolidasiyası və torpaq bankçılığı alətləri, dövlətə məxsus kənd təsərrüfatı təyinatlı torpaqların aktiv idarə olunması və icarə mexanizmlərinin təşkili kimi digər torpaq idarəetmə vasitələri ilə birgə tətbiq edilə bilər və bu, gələcəyə dair hədəflərin reallaşmasına əsaslı töhfə verməyə xidmət edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://525.az
archiveBu xəbər 29 May 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see179

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see153

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see132

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri