Azərbaycan “Troyka” çərçivəsinə qətiyyətli dəstək verir | Icma.az
Icma.az bildirir, Ses qazeti portalına istinadən. "Azərbaycanın "Troyka" çərçivəsinə qətiyyətli dəstəyini bir daha bəyan edirəm".
SİA xəbər verir ki, bu sözlər COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin "COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz" adlı tədbir iştirakçılarına müraciətində yer alıb.
Müraciəti COP29-un baş danışıqçısı Yalçın Rəfiyev səsləndirib.
Müraciətdə Muxtar Babayev və güclü tərəfdaşlığa görə Birləşmiş Ərəb Əmirliklərinə və Braziliyaya minnətdarlığını bildirib.
"COP28, COP29 və COP30 liderləri iqlim dəyişikliyinin çağırışına qlobal reaksiyaya rəhbərlik etmək öhdəliyində sadiqdirlər.
COP29-a Sədrliyi qəbul etmək Azərbaycan üçün həm imkan, həm də məsuliyyətdir.
Biz 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etmişik və bu, qlobal çağırışların yalnız kollektiv səy və qarşılıqlı dəstək nəticəsində aradan qaldırıla biləcəyinə inamımızı göstərir.
Bizim əsas strateji fəaliyyətlərimizdən biri Müəyyənləşdirilmiş Milli Töhfələrin (MMT) icrasını sürətləndirməkdir.
Tam oxu
Xəbəri oxu