Icma.az
close
up
RU
Azərbaycan “Troyka” çərçivəsinə qətiyyətli dəstək verir

Azərbaycan “Troyka” çərçivəsinə qətiyyətli dəstək verir

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

"Azərbaycanın "Troyka" çərçivəsinə qətiyyətli dəstəyini bir daha bəyan edirəm". SİA xəbər verir ki, bu sözlər COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin "COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz" adlı tədbir iştirakçılarına müraciətində yer alıb. Müraciəti COP29-un baş danışıqçısı Yalçın Rəfiyev səsləndirib.

Müraciətdə Muxtar Babayev və güclü tərəfdaşlığa görə Birləşmiş Ərəb Əmirliklərinə və Braziliyaya minnətdarlığını bildirib.

"COP28, COP29 və COP30 liderləri iqlim dəyişikliyinin çağırışına qlobal reaksiyaya rəhbərlik etmək öhdəliyində sadiqdirlər.

COP29-a Sədrliyi qəbul etmək Azərbaycan üçün həm imkan, həm də məsuliyyətdir. Biz 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etmişik və bu, qlobal çağırışların yalnız kollektiv səy və qarşılıqlı dəstək nəticəsində aradan qaldırıla biləcəyinə inamımızı göstərir.

Bizim əsas strateji fəaliyyətlərimizdən biri Müəyyənləşdirilmiş Milli Töhfələrin (MMT) icrasını sürətləndirməkdir. Öz MMT-lərinin işlənib hazırlanmasında və həyata keçirilməsində xüsusən də imkanları məhdud olan ölkələrə dəstək vermək çox vacibdir. Məqsədimiz qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması hədəfinə nail olmaqdır", - deyə COP29 Prezidenti bildirib.

Nazir bildirib ki, Azərbaycan Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrini yaşıl enerji zonaları müəyyən edib və bu ərazilər bərpaolunan enerji, o cümlədən günəş və su enerjisi üçün əhəmiyyətli potensiala malikdir: "Bu bölgələrdəki səylərimiz təkcə Azərbaycanın emissiyaların azaldılması məqsədlərinə töhfə verməklə kifayətlənmir, həm də bizi təmiz enerji gələcəyinə keçiddə regional lider kimi mövqeləndirir. Biz bu layihələrə böyük sərmayə qoyuruq, əhəmiyyətli beynəlxalq marağı və əməkdaşlığı cəlb edirik.

Ancaq təkcə ambisiya kifayət deyil. İqlim maliyyəsində əhəmiyyətli artımlar olmasa, Paris Sazişinin məqsədləri bir çox dövlətlər üçün əlçatmaz qalacaq. Qlobal birlik ambisiya ilə icra arasındakı uçurumu daha da genişləndirməyə imkan verə bilməz. Bu kontekstdə "Troyka"nın rolu həlledicidir".

Qeyd edək ki, "Troyka" ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri