Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkəmizdə 2011-ci il “Turizm ili” elan edildikdən sonra bu sektor sürətli inkişaf edərək 2019-cu ildə rekord göstəriciləri əldə etdi.
Lakin pandemiyanın vurduğu zərərdən sonra beş ildir ki, 2019-un yekun göstəricilərini təkrarlamaq mümkün olmayıb.
Turizmlə bağlı bizim rəqib ölkələr - Türkiyə və Gürcüstan 2019-cu il göstəricilərini geridə qoysalar da, Azərbaycan hələ daha yüksək nəticələrə çata bilməyib.
Bəs ölkəmizdə turizmin inkişafı üçün daha hansı addımlar atılmalıdır?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bunun müxtəlif obyektiv və subyektiv səbəblərinin olduğunu, lakin bunlardan ikisini xüsusilə fərqləndiriyini dedi: “Birinci əsas səbəb quru sərhədlərin bağlı olması, ikincisi səbəb isə turizm sektorunda hələ də dövlətin rolunun yüksək səviyyədə qalmasıdır.
Əməninəm ki, əgər Türkiyə və Gürcüstanda da sərhədlər bağlı olsaydı və turizm sektorunda aparıcı idarəçilik dövlətin əlində olsaydı, o zaman bu ölkələrdə də artım dinamikası olmayacaqdı”.
Ekspert qeyd edib ki, turizm xidmət sektorunun bir parçasıdır: “Bu parça tamlıqla özəl təsərrüfat subyektlərinin əlində olması inkişaf üçün bir zərurətdir.