Icma.az
close
up
RU
Azərbaycan turizmdə rekordu yeniləyə bilmir Səbəb

Azərbaycan turizmdə rekordu yeniləyə bilmir Səbəb

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkəmizdə 2011-ci il “Turizm ili” elan edildikdən sonra bu sektor sürətli inkişaf edərək 2019-cu ildə rekord göstəriciləri əldə etdi. 


Lakin pandemiyanın vurduğu zərərdən sonra beş ildir ki, 2019-un yekun göstəricilərini təkrarlamaq mümkün olmayıb. Turizmlə bağlı bizim rəqib ölkələr - Türkiyə və Gürcüstan 2019-cu il göstəricilərini geridə qoysalar da, Azərbaycan hələ daha yüksək nəticələrə çata bilməyib.

 
Bəs ölkəmizdə turizmin inkişafı üçün daha hansı addımlar atılmalıdır? 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bunun müxtəlif obyektiv və subyektiv səbəblərinin olduğunu, lakin bunlardan ikisini xüsusilə fərqləndiriyini dedi: “Birinci əsas səbəb quru sərhədlərin bağlı olması, ikincisi səbəb isə turizm sektorunda hələ də dövlətin rolunun yüksək səviyyədə qalmasıdır. Əməninəm ki, əgər Türkiyə və Gürcüstanda da sərhədlər bağlı olsaydı və turizm sektorunda aparıcı idarəçilik dövlətin əlində olsaydı, o zaman bu ölkələrdə də artım dinamikası olmayacaqdı”. 


Ekspert qeyd edib ki, turizm xidmət sektorunun bir parçasıdır: “Bu parça tamlıqla özəl təsərrüfat subyektlərinin əlində olması inkişaf üçün bir zərurətdir. Dövlət isə tənzimləyici funksiyasını həyata keçirməli və bu rolda qalmalıdır. Amma Azərbaycanda 2009-cu ildə Şahdağda qış turizm kompleksinin inşasına başlanıldı, 2015-ci ildə isə Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradıldı. Lakin turizm mərkəzinin QSC kimi fəaliyyət göstərməsi turizmin inkişafına mənfi təsir edir. Statistika da bunu təsdiq etməkdədir. Böyük vəsaitlər hesabına yaradılan bu turizm mərkəzinin faydaları bir yana, heç özünü də normal ayaqda saxlaya bilmir. Dövlət büdcəsindən ayırmalar həyata keçirilir. 2021-ci ildə dövlət tərəfindən bu sahəyə 14 milyon manat, 2022-ci ildə isə 12 milyon manat vəsait ayrılıb. Nəticədə, 2016-cı ildən 2023-cü ilin sonuna qədər Şahdağ Turizm Mərkəzinin zərəri 103 milyon manatı keçib. Deməli, bu yanaşmanı dəyişməliyik”. 


E.Əmirovun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, özəl fəaliyyətin mümkün olduğu sahələri dövlət nəzarətdə saxladıqda, ikiqat zərərli olur: “Belə olanda bir tərəfdən inkişaf ləngiyir, digər tərəfdən büdcənin yükü artır. Sadəcə, turizm sektorunda dövlətin idarəedici rolunun tənzimləyici rolla daha çox əvəzlənməsi və özəl subyektlərinin rolunun artırılması rəqabət mühitini gücləndirərək bu faydanı artıra bilər. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizin turizm potensialı ölkənin digər əraziləri ilə müqayisədə daha yüksəkdir. Bu ərazilərin uzun müddət əlçatan olmaması onu Quba, Qəbələ, Şəki kimi yerlərdən daha maraqlı və daha cəlbedici edib. Amma burada da müasir turizm mərkəzlərinin yaradılması və yaradıldıqdan sonra QSC kimi dövlətin nəzarətində olması baş verəcəksə, bu zaman buranın da ölkə iqtisadiyyatı üçün fayda gətirməsində müəyyən risklər qaçılmaz olacaq. Buna görə də bu ərazilərin potensialını canlandırmaq üçün, o cümlədən qış turizminin orada yardılması üçün dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyətin təmin edilməsi və daha sonra prosesin özəl sektora tam ötürülməsi daha effektiv və dayanıqlı nəticələrin əldə olunmasına imkan verərdi”. 

Firuzə Əliyeva
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 Fevral 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri