Azərbaycan Türk Dünyasının iqtisadi körpüsü | Icma.az
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünyada iqtisadi və geosiyasi meyllərin dəyişdiyi bir dövrdə regional iqtisadi birliklərin əhəmiyyəti daha da artır.
Bu kontekstdə Türk Dövlətləri Təşkilatı artıq təkcə mədəni və siyasi platforma deyil, həm də böyük iqtisadi əməkdaşlıq və sahibkarlıq imkanları təqdim edən strateji birlik kimi çıxış edir.
Təşkilatın əsas üzvləri - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və müşahidəçi statusunda olan Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti – təxminən 170 milyondan çox əhalini, zəngin təbii sərvətləri və sürətlə inkişaf edən bazarları əhatə edir.
Bu isə azərbaycanlı sahibkarlar üçün həm yeni bazarlar, həm də şaxələndirilmiş biznes modelləri qurmaq baxımından nadir imkanlar təqdim edir.
Azərbaycan coğrafi mövqeyinə, siyasi sabitliyinə və inkişaf etmiş infrastruktura görə Türk Dövlətləri Təşkilatı məkanında iqtisadi tranzit və investisiya körpüsü rolunu oynayır.
Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz layihəsi Azərbaycanın regiondaxili və beynəlxalq ticarətdə əhəmiyyətini artırır.
Bundan əlavə, Azərbaycanda həyata keçirilən institusional islahatlar, biznesin rəqəmsallaşdırılması və Azad İqtisadi Zonalar, xüsusilə Ələt Azad İqtisadi Zonası vasitəsilə sahibkarlara təqdim edilən vergi və gömrük güzəştləri ölkəmizi regional biznes mərkəzinə çevirməkdədir.
Tam oxu
Xəbəri oxu