Icma.az
close
up
RU
Azərbaycan Türk Dünyasının iqtisadi körpüsü

Azərbaycan Türk Dünyasının iqtisadi körpüsü

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyada iqtisadi və geosiyasi meyllərin dəyişdiyi bir dövrdə regional iqtisadi birliklərin əhəmiyyəti daha da artır.

Bu kontekstdə Türk Dövlətləri Təşkilatı artıq təkcə mədəni və siyasi platforma deyil, həm də böyük iqtisadi əməkdaşlıq və sahibkarlıq imkanları təqdim edən strateji birlik kimi çıxış edir. Təşkilatın əsas üzvləri - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və müşahidəçi statusunda olan Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti – təxminən 170 milyondan çox əhalini, zəngin təbii sərvətləri və sürətlə inkişaf edən bazarları əhatə edir. Bu isə azərbaycanlı sahibkarlar üçün həm yeni bazarlar, həm də şaxələndirilmiş biznes modelləri qurmaq baxımından nadir imkanlar təqdim edir.

Azərbaycan coğrafi mövqeyinə, siyasi sabitliyinə və inkişaf etmiş infrastruktura görə Türk Dövlətləri Təşkilatı məkanında iqtisadi tranzit və investisiya körpüsü rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz layihəsi Azərbaycanın regiondaxili və beynəlxalq ticarətdə əhəmiyyətini artırır.

Bundan əlavə, Azərbaycanda həyata keçirilən institusional islahatlar, biznesin rəqəmsallaşdırılması və Azad İqtisadi Zonalar, xüsusilə Ələt Azad İqtisadi Zonası vasitəsilə sahibkarlara təqdim edilən vergi və gömrük güzəştləri ölkəmizi regional biznes mərkəzinə çevirməkdədir. Azərbaycanlı sahibkarlar üçün Türk Dövlətləri Təşkilatı məkanında çoxşaxəli biznes imkanları var. Bunların arasında logistika və nəqliyyat sektoru xüsusilə fərqlənir. Orta Dəhlizin strateji mövqeyi azərbaycanlı sahibkarlar üçün Qazaxıstan, Özbəkistan, Qırğızıstan və hətta Çin bazarına çıxış imkanı yaradır. Daşımalar, anbar xidmətləri, gömrük brokerliyi və multimodal nəqliyyat layihələrinə sərmayə qoyuluşu gəlirli və davamlı sahələrdir. Yerli nəqliyyat-logistika şirkətləri üçün ortaq müəssisələr qurmaq və Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə filiallar açmaq real fürsətlər yaradır.

Bundan əlavə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin çoxu böyük kənd təsərrüfatı potensialına malikdir. Azərbaycanlı sahibkarlar bu sahədə texnoloji avadanlıq, suvarma sistemləri, gübrə və toxum təchizatı sahələrinə investisiya edə bilərlər. Orta Asiya bazarlarında emal müəssisələri qurmaqla sahibkarlarımızın məhsulun əlavə dəyər mərhələsində iştirak etməsi mümkündür. Eyni zamanda ortaq kənd təsərrüfatı layihələri və ixrac kooperativləri yaratmaq təşəbbüsləri həyata keçirilə bilər. 

Azərbaycan son illər rəqəmsal iqtisadiyyat və startap ekosistemini inkişaf etdirməkdədir. Bu təcrübə də  Türk Dövlətləri Təşkilatları çərçivəsində ixrac oluna biləcək məhsul və xidmətlər yaratmağa yol açır. FinTech, EdTech, GovTech və e-commerce həlləri ilə digər türk dövlətlərinə çıxmaq mümkündür. Azərbaycanlı IT şirkətləri üçün regional proqram təminatı, kibertəhlükəsizlik və rəqəmsal infrastruktur layihələrində iştirak imkanları açılır.

Orta Asiyada və Qafqazda şəhərsalma, yol infrastrukturu, sənaye parkları və yaşayış layihələri genişlənməkdədir. Azərbaycanlı inşaat şirkətləri bu layihələrdə podratçı, təchizatçı və ya investor kimi iştirak edə bilərlər. Tikinti materialları ixracı və texniki nəzarət xidmətləri də bu istiqamətdə dəyərli fürsətlərdir. 

Türk Dövlətləri Təşkilatı ölkələrinin əksəriyyətində hələ də paylama və satış infrastrukturunda boşluqlar var. Azərbaycan məhsulları - qida, tekstil, məişət texnikası, kimya sənayesi malları üçün yeni satış bazarları mövcuddur. Françayzinq modeli ilə Azərbaycan brendlərinin regiona çıxışı təşviq edilə bilər.

Mədəni yaxınlıq və vizasız səyahət imkanları Türk Dövlətləri arasında turizm axınını da artırır. Turoperatorlar, otelçilik, tibbi turizm və təhsil turizmi sahələri inkişaf üçün əlverişlidir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə  Azərbaycan mətbəxi, mədəniyyəti və məhsullarını tanıdan ticarət obyektləri və restoran şəbəkələri açmaq üçün əlverişli zəmin var.

Çinarə Ağayeva, 

Biznes məsləhətçi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Sentyabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri