“Azərbaycan Türkiyə İsrail arasında qarşıdurmadan yayınmağa çalışır” “Bu toqquşma iki isti…
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fərhad Məmmədov: “Azərbaycan qərar verməzdən əvvəl ABŞ və digər tərəflərdən aydın zəmanətlər almalıdır”Politoloq Fərhad Məmmədov Yaxın Şərqdə gedən son proseslər və Azərbaycanın orada mümkün iştirakı ilə bağlı mövqeyini bölüşüb.
O, qeyd edib ki, regionda baş verən hadisələr, xüsusilə Azərbaycanın Suriyada və Qəzza üzrə Misirdə keçirilən sülh sammitində iştirakı bu məsələnin aktuallığını artırıb.
Politoloq bildirib ki, Yaxın Şərqdə çoxsaylı parçalanma xətləri, münaqişə ocaqları və ziddiyyətlər mövcuddur.
“Bəzi yerlərdə müharibələr gedir, bəzi istiqamətlərdə ideoloji qarşıdurmalar davam edir, müəyyən ölkələrdə isə situativ ittifaqlar formalaşır.
Eyni zamanda, bir sıra dövlətlər suverenliyini itirib və onları qonşular, yaxud daxili təsir qrupları yenidən ‘formatlamağa” çalışır.
Xarici maraqlı tərəflər də kifayət qədərdir – demək olar ki, bütün əsas geosiyasi güclər bu bölgədə iştirak edir”, – deyə o vurğulayıb.Fərhad Məmmədov qeyd edib ki, Azərbaycanın əsas marağı, müttəfiqi Türkiyə ilə strateji tərəfdaşı İsrail arasında mümkün qarşıdurmadan yayınmaqdır.
“Bu toqquşma iki istiqamətdə ola bilər – diplomatik və hərbi.
Tam oxu
Xəbəri oxu