Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

“Azərbaycan Türkiyə İsrail arasında qarşıdurmadan yayınmağa çalışır” “Bu toqquşma iki istiqamətdə ola bilər...”

“Azərbaycan Türkiyə İsrail arasında qarşıdurmadan yayınmağa çalışır” “Bu toqquşma iki istiqamətdə ola bilər...”

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fərhad Məmmədov: “Azərbaycan qərar verməzdən əvvəl ABŞ və digər tərəflərdən aydın zəmanətlər almalıdır”

Politoloq Fərhad Məmmədov Yaxın Şərqdə gedən son proseslər və Azərbaycanın orada mümkün iştirakı ilə bağlı mövqeyini bölüşüb. O, qeyd edib ki, regionda baş verən hadisələr, xüsusilə Azərbaycanın Suriyada və Qəzza üzrə Misirdə keçirilən sülh sammitində iştirakı bu məsələnin aktuallığını artırıb.

Politoloq bildirib ki, Yaxın Şərqdə çoxsaylı parçalanma xətləri, münaqişə ocaqları və ziddiyyətlər mövcuddur. “Bəzi yerlərdə müharibələr gedir, bəzi istiqamətlərdə ideoloji qarşıdurmalar davam edir, müəyyən ölkələrdə isə situativ ittifaqlar formalaşır. Eyni zamanda, bir sıra dövlətlər suverenliyini itirib və onları qonşular, yaxud daxili təsir qrupları yenidən ‘formatlamağa” çalışır. Xarici maraqlı tərəflər də kifayət qədərdir – demək olar ki, bütün əsas geosiyasi güclər bu bölgədə iştirak edir”, – deyə o vurğulayıb.

Fərhad Məmmədov qeyd edib ki, Azərbaycanın əsas marağı, müttəfiqi Türkiyə ilə strateji tərəfdaşı İsrail arasında mümkün qarşıdurmadan yayınmaqdır. “Bu toqquşma iki istiqamətdə ola bilər – diplomatik və hərbi. Diplomatik ziddiyyətlər danışıqlar yolu ilə yumşaldıla bilər və Azərbaycan burada dialoq platforması kimi rol oynaya bilər. Prezident İlham Əliyev də bu il belə bir missiyanın vacibliyini vurğulamışdı”, – politoloq xatırladıb.

O, əlavə edib ki, hərbi qarşıdurma ən təhlükəli ssenaridir. “Suriyada yaşananlardan sonra Türkiyə və İsrail hərbi qüvvələrinin birbaşa təmas ehtimalı artıq real sayılır. Hazırda Qəzzada sülh planı çərçivəsində müxtəlif ölkələrin hərbçilərindən ibarət qarışıq sülhməramlı missiyanın yaradılması müzakirə olunur. Bu kontekstdə bəzi beynəlxalq media orqanları Qəzzada İndoneziya və Banqladeşlə yanaşı, Türkiyə və Azərbaycanın da kontingent yerləşdirə biləcəyini istisna etmirlər”, – deyə F.Məmmədov bildirib.

Politoloqun sözlərinə görə, İsrail Türkiyə hərbçilərinin Qəzzada iştirakına - hətta sülhməramlı missiya çərçivəsində belə qarşıdır. “Qəzza elə bir məkana çevrilə bilər ki, burada Türkiyə və İsrail hərbçiləri birbaşa təmasda olsunlar. Bu isə Ankara və Təl-Əviv arasında soyuq münasibətləri, eləcə də Suriyada hələ tam tənzimlənməmiş vəziyyəti nəzərə alsaq, ciddi risk yaradır”, – deyə o qeyd edib.

Fərhad Məmmədov vurğulayıb ki, bu vəziyyət Azərbaycanın qarşısında mürəkkəb qərar qoyur. “Trampın Qəzza üzrə “sülh planı” hələ müzakirə mərhələsindədir. Planın detalları – bölgənin əvvəlcə beynəlxalq kontingent tərəfindən idarə olunması, sonradan yerli təhlükəsizlik qüvvələrinin formalaşması və “HƏMAS”-ın tərkisilah edilməsi məsələləri hələ tam aydın deyil. Azərbaycan qərar verməzdən əvvəl ABŞ və digər tərəflərdən aydın zəmanətlər almalı, missiyanın funksional mexanizmi və idarəetmə prinsipləri müəyyənləşməlidir”, - deyə o bildirib.

Politoloq əlavə edib ki, kənarda qalmaq daha rahat görünə bilər, lakin Türkiyə və İsrail arasında mümkün qarşıdurma Azərbaycanın mövqelərinə də mənfi təsir göstərə bilər. “Bu mənada Azərbaycanın mövqeyi ABŞ-nin mövqeyi ilə üst-üstə düşür. Ona görə də Vaşinqtonla əlaqələri gücləndirmək vacibdir. Bu kontekstdə ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperin Bakıya səfəri xüsusi əhəmiyyət daşıyırdı”, - deyə F.Məmmədov qeyd edib.

“Hazırda nə regional, nə də qlobal səviyyədə sabit qaydalar mövcuddur. Bütün qərarlar maraqlı tərəflər arasında danışıqlar vasitəsilə formalaşır. Sualın cavabı – “Azərbaycan Yaxın Şərqdə yer üzərində olmalıdırmı” – hələ açıq qalır. Çünki danışıqlar davam edir, razılaşmaların sərhədləri və böhranların həlli mexanizmləri tam aydın deyil. Ona görə də gözləmək və prosesi diqqətlə izləmək lazımdır”, – deyə Fərhad Məmmədov fikrini tamamlayıb.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Oktyabr 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see284

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see208

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see198

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see195

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see186

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see177

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see154

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see154

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see152

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see151

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri