Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir. ABŞ-də yaşayan azərbaycanlılar bir neçə diaspor təşkilatı yaradıb.
Onlardan biri də "Midwest Azerbaijani Student Alliance" (Orta Qərb Ştatları Azərbaycan Tələbə Alyansı) təşkilatıdır.
Modern.az-ın məlumatına görə, təşkilatın rəhbəri Nərgiz Həbibovadır (İbrahimova).
O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinə 612 balla dövlət hesabına bakalavr təhsilinə qəbul olunub və 2010-cu ildə həmin universitetin Kommersiya Hüququ üzrə magistratura proqramına ən yüksək balla qəbul olunaraq dövlət hesabına təhsilini davam etdirib.
2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyində Beynəlxalq Layihələrin İdarəedilməsi sektorunun müdiri kimi fəaliyyət göstərən Nərgiz Həbibova bu müddət ərzində Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JICA), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) kimi nüfuzlu beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən dövlət layihələrinin icrasına nəzarəti həyata keçirib.
Layihələrin sahələrdə icrasını monitorinq edilməsi, həmçinin bu maliyyə institutlarının layihələrlə bağlı tərtib etdiyi rüblük, yarımillik və illik hesabatlara nəzarətin təmin edilməsi, onların icrasında müsbət və mənfi məqamların təhlili ilə məşğul olub.
Nərgiz Həbibova işlədiyi dövrdə nəzarət etdiyi əsas layihələrdən biri Milli Su Təchizatı və Kanalizasiya Layihələri olub.
Bu layihələr çərçivəsində 20-dən çox şəhər və rayon mərkəzində su və kanalizasiya sistemləri yenidən qurulub və layihənin ümumi dəyəri 500 milyon ABŞ dollarından çox olub.