Icma.az
close
up
RU
Azərbaycan üçün xeyirli işlər görməkdə israrlıyıq Diaspor fəalı

Azərbaycan üçün xeyirli işlər görməkdə israrlıyıq Diaspor fəalı

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-də yaşayan azərbaycanlılar bir neçə diaspor təşkilatı yaradıb. Onlardan biri də "Midwest Azerbaijani Student Alliance" (Orta Qərb Ştatları Azərbaycan Tələbə Alyansı) təşkilatıdır.

Modern.az-ın məlumatına görə, təşkilatın rəhbəri Nərgiz Həbibovadır (İbrahimova).

O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinə 612 balla dövlət hesabına bakalavr təhsilinə qəbul olunub və 2010-cu ildə həmin universitetin Kommersiya Hüququ üzrə magistratura proqramına ən yüksək balla qəbul olunaraq dövlət hesabına təhsilini davam etdirib.

2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyində Beynəlxalq Layihələrin İdarəedilməsi sektorunun müdiri kimi fəaliyyət göstərən Nərgiz Həbibova bu müddət ərzində Dünya Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JICA), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) kimi nüfuzlu beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən dövlət layihələrinin icrasına nəzarəti həyata keçirib. Layihələrin sahələrdə icrasını monitorinq edilməsi, həmçinin bu maliyyə institutlarının layihələrlə bağlı tərtib etdiyi rüblük, yarımillik və illik hesabatlara nəzarətin təmin edilməsi, onların icrasında müsbət və mənfi məqamların təhlili ilə məşğul olub.

Nərgiz Həbibova işlədiyi dövrdə nəzarət etdiyi əsas layihələrdən biri Milli Su Təchizatı və Kanalizasiya Layihələri olub. Bu layihələr çərçivəsində 20-dən çox şəhər və rayon mərkəzində su və kanalizasiya sistemləri yenidən qurulub və layihənin ümumi dəyəri 500 milyon ABŞ dollarından çox olub. 

Digər layihələrdən biri Şimali Elktrik Statsiyası – 2-nin tikintisi olub ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JICA) bu layihənin həyata keçirilməsi üçün 275 milyon dollar məbləğində güzəştli kredit ayırıb. Bu layihə çərçivəsində 330 MW gücündə buxar-qaz qurğusunun tikintisini də nəzərdə tutan Şimal Elektrik Stansiyasının inşası ilə bağlı genişmiqyaslı işlər həyata keçirilib. Şimal Elektrik Stansiyası ilə bağlı tikinti işlərini Yaponiyanın "Toyo Engineering Corporation" şirkəti icra edib və bu layihənin icrası ölkə üzrə elektrik enerjisi istehsalının 20%-ni, Bakı və Abşeron yarımadasında isə 40-50%-ni təmin etmək üçün nəzərdə tutulib.

Bundan başqa, Nərgiz Həbibova Kapital Bazarının Müasirləşdirilməsi Layihəsində də iştirak edib. Bu layihə Dünya Bankı tərəfindən maliyyələşdirilib və kapital bazarlarının inkişafını və ölkənin özəl sektorunun maliyyələşdirilməsini dəstəkləyib. Layihənin ümumi dəyəri 12 milyon ABŞ dolları təşkil edərək kapital bazarlarının potensialının gücləndirilməsi, hüquqi və əməliyyat infrastrukturunun müasirləşdirilməsi üçün əhəmiyyətli töhfə verib.

Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsi də onun nəzarəti altında olan əsas layihələrdən biri olub. Bu layihə çərçivəsində "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemlərinin yaradılaraq, müasir məhkəmə binaları və kompleksləri istifadəyə verilib. Bu layihə ədliyyə sahəsində bir çox yeniliklərin tətbiqinə və məhkəmə sisteminin daha səmərəli fəaliyyət göstərməsinə mühüm təsir göstərib.

Beynəlxalq səviyyədə icra olunmuş layihələrdən biri də Cənub Qaz Dəhlizi Layihəsidir. Bu layihənin təqribi dəyəri 53 milyard dollar məbləğindədir.  Bu layihənin əsas məqsədi Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasını təmin etməkdir. Bu layihənin icrası üçün "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti yaradılmış və  burada Nərgiz Həbibova İqtisadiyyat Nazirliyinin nümayəndəsi olaraq iştirak edərək, danışıqların aparılması, hüquqi məsələlərin həlli, müqavilələrin tərtibi və müvafiq rəylərin verilməsi, hesabatlara baxılması, istiqrazların buraxılması və s. kimi məsələlərin həll edilməsində birbaşa rol oynayıb.

Eyni zamanda Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması layihəsində fəal iştirak edib. Belə bir iqtisadi zonanın yaradılmasının üstünlüyü ondan ibarətdir ki, Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirə biləcək və ölkə ərazisinə daha çox yükdaşımalara nail olacaq. Son dövrlər Azərbaycan ərazisində malların Avropadan və Türkiyədən Asiyaya aparılmasına olan marağın artmasını nəzərə alaraq yeni iqtisadi zonanın yaradılması Azərbaycanın imkanlarını genişləndirəcəkdir. Yeni iqtisadi zona, həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına da səbəb olacaq. 

2018-2022- ci iller ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan Nərgiz bu müddət ərzində, hüquq və əmək siyasəti şöbəsində sektor müdiri vəzifəsini icra edib. Bu mühüm vəzifə çərçivəsində, dövlət orqanları ilə sıx əməkdaşlıq edərək, yeni və innovativ islahatların həyata keçirilməsində aktiv iştirak edib.

Övladlığa götürmə sahəsində, Baker McKenzie ilə birlikdə, dünyanın ən mükəmməl praktikalarını Azərbaycan üçün tətbiq etmək məqsədilə araşdırmalar aparıb. Bu çərçivədə, bir çox dövlət orqanları ilə görüşlər keçirərək, mövcud boşluqları daha da öyrənərək, bu sahədə vacib qanunvericilik aktları qəbul edilməsinə şərait yaradıb. İlk dəfə Azərbaycanda foster family (tutucu ailə) modelinin tətbiqi üzrə işlərin başlanmasında da iştirak edib.
Nərgiz Həbibova  2022-ci ildə "Illinois Institute of Technology"nin "Chicago-Kent College of Law" məktəbinə magistr pilləsinə qəbul olunub. Bu məktəb, hüquq sahəsində "Trial Advocacy" ixtisası üzrə ABŞ-da ilk onluqda yer alır. Burada aldığı təhsil müddətində Çikaqo Prokurorluğunda təcrübə keçərək, Illinois-in "Hate Crimes" qanunvericilik layihəsinə dəyişikliklərin hazırlanmasında iştirak edib.

Nərgiz Həbibova  ABŞ-də hazırkı fəaliyyəti haqqında Modern.az-a bildirib ki, Amerikada olduğum müddət ərzində Azərbaycan üçün xeyirli işlər görməkdə həm həvəsli, həm də israrlıdır.

“Buna görə də 2024-cü ilin əvvəlində "Midwest Azerbaijani Student Alliance" (MASA) qeyri-hökumət təşkilatını yaratdım. MASA ABŞ-ın Midvest bölgəsindəki Azərbaycanlı tələbələri dəstəkləməyə həsr olunmuş qeyri-kommersiya təşkilatıdır. Təşkilatın məqsədi birləşdirilmiş bir icma yaratmaq, Azərbaycan mədəniyyətini təşviq etmək və tələbə inkişafı üçün resurslar təqdim etməkdir. Eyni zamanda, Amerika təcrübəsindən faydalanaraq, Azərbaycan hökumətinə müxtəlif sahələr üzrə, sosial və iqtisadi istiqamətlərdə təkliflər göndərmək planlaşdırılır.
Təşkilatımızın əsas fəaliyyət istiqamətləri arasında mədəni tədbirlər, şəbəkə imkanları, təhsil seminarları və icma əlaqələrinin gücləndirilməsi yer alır. 2024-cü ilin avqustunda keçirilən görüşdə, azərbaycanlı tələbələrimizlə daha yaxından tanış olduq, gələcək perspektivləri müzakirə etdik və diaspora fəaliyyəti ilə yaxından tanış olduq. Bu fəaliyyətlərim, Azərbaycan üçün faydalı layihələr üzərində çalışaraq, müsbət dəyişikliklər yaratmaq məqsədimi daha da gücləndirdi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2024 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see366

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see257

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see217

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see173

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see142

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri