Azərbaycan Ukrayna matçının hakimləri açıqlandı

07.09.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan milli komandasının sentyabrın 9-da Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

QOL.az AFFA-nın aytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək:

Oyunun baş hakimi Vassilis Fotias olacaq. Yan xətdə ona Andreas Meintanas və Mixail Papadakis köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Anastasios Papapetru yerinə yetirəcək.

 Angelos Evangelu və Yoannis Papadopulos isə VAR hakimləri olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью