Azərbaycan Ukrayna matçının hakimləri açıqlandı
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan milli komandasının sentyabrın 9-da Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
QOL.az AFFA-nın aytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək:
Oyunun baş hakimi Vassilis Fotias olacaq. Yan xətdə ona Andreas Meintanas və Mixail Papadakis köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Anastasios Papapetru yerinə yetirəcək.
Angelos Evangelu və Yoannis Papadopulos isə VAR hakimləri olacaq.
Baxış sayı:28
Bu xəbər 07 Sentyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















