Azərbaycan Universitetində 20 Yanvar faciəsi anıldı Fotolar | Icma.az
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, anım tədbirindən əvvəl universitet kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, xatirələri hörmət və ehtiramla yad edilib.
Universitetin tədris binasında keçirilən anım tədbirində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyev, Maliyyə və mühasibat kafedrasının müdiri, dosent Nəriman Böyükkişi, İqtisadiyyat və idarəetmə kafedrasının baş müəllimi Çingiz Məmmədov, 20 Yanvar şəhidlərindən Larisa Məmmədovanın sinif yoldaşı, “Xalq” qəzetinin əməkdaşı Arzu Əliyevanın məruzə və çıxışları dinlənilib.
Qabil Əliyev 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsinin dinc əhaliyə qarşı misilsiz hərbi cinayət olduğunu qeyd edib.
O, dövlət səviyyəsində törədilmiş bu vəhşiliyin Azərbaycan xalqının milli qürurunu və azadlıq eşqini sarsıda bilmədiyini bildirib.
Tam oxu
Xəbəri oxu