Icma.az
close
up
RU
Azərbaycan Universitetində 20 Yanvar faciəsi anıldı Fotolar

Azərbaycan Universitetində 20 Yanvar faciəsi anıldı Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, anım tədbirindən əvvəl universitet kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, xatirələri hörmət və ehtiramla yad edilib.

Universitetin tədris binasında keçirilən anım tədbirində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyev, Maliyyə və mühasibat kafedrasının müdiri, dosent Nəriman Böyükkişi, İqtisadiyyat və idarəetmə kafedrasının baş müəllimi Çingiz Məmmədov, 20 Yanvar şəhidlərindən Larisa Məmmədovanın sinif yoldaşı, “Xalq” qəzetinin əməkdaşı Arzu Əliyevanın məruzə və çıxışları dinlənilib.

Qabil Əliyev 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsinin dinc əhaliyə qarşı misilsiz hərbi cinayət olduğunu qeyd edib. O, dövlət səviyyəsində törədilmiş bu vəhşiliyin Azərbaycan xalqının milli qürurunu və azadlıq eşqini sarsıda bilmədiyini bildirib. Nəriman Böyükkişi faciənin canlı şahidi kimi 20 yanvar gecəsi gənclərin göstərdiyi rəşadətdən danışıb. O, 1990-cı illərdən başlayaraq formalaşan vətənpərvərlik ruhunun 44 günlük Vətən müharibəsində qazanılan qələbədə mühüm rol oynadığını vurğulayıb. Çingiz Məmmədov həmin gecə dinc əhaliyə necə divan tutulduğunu, yaralıların xəstəxanaya güllə yağışı altında aparıldığını faktlarla yada salaraq, bu amansızlığın Sovet imperiyasının iç üzünü açdığını və süqutunu sürətləndirdiyini qeyd edib.

Tədbir iştirakçıları Larisa Məmmədovanın sinif yoldaşı, “Xalq” qəzetinin əməkdaşı Arzu Əliyevanın çıxışını dərin ehtiram və kövrək hisslərlə dinləyiblər.  Arzu Əliyeva xatırladıb ki, qanlı şənbə gecəsi Bakıda gülləbaran edilən avtobuslardan birində 13 yaşlı Larisa və atası Fərman Məmmədov da olub. Ata ayağından, Larisa isə ürəyindən güllə yarası alıb. Qonaq qeyd edib ki, Larisa sakit və utancaq xarakteri ilə seçilib, ətrafındakılara mehriban münasibəti ilə yaddaşlarda qalıb. Rəsm çəkmək, pianoda ifa etmək bacarıqları var idi. Larisanın yarımçıq qalan arzuları bu gün müstəqil və tam suveren Azərbaycanda yaşayan gənclər üçün vətənə bağlılıq və şəhidlərin xatirəsinin ehtiramla yad olunması kimi mühüm çağırışlara çevrilib.   

Anım tədbiri 20 Yanvar faciəsi haqqında videoçarxın nümayişi ilə başa çatıb.






Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Yanvar 2026 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri