Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan beynəlxalq ticarət aləmində daha güclü oyunçu olmaq üçün strateji hazırlıq aparır.
Bu yolda ən vacib addımlardan biri isə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaqdır.
Prezident İlham Əliyevin Davosda verdiyi müsahibə bu hədəfi növbəti mərhələyə daşımaqla yanaşı, qlobal ticarət nizamında Azərbaycanın necə bir yer tutacağına dair yeni mülahizələr ortaya qoydu.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq prosesinə dair Prezident İlham Əliyevin çıxışları ölkənin ticarət siyasətinin və iqtisadiyyatının gələcək inkişafını bir daha ön plana çıxarır.
Azərbaycanın ÜTT-yə üzv olma yolunda əsas maneələrdən biri, Prezident İlham Əliyevin vurğuladığı kimi, qlobal proteksionizm, tariflərin tətbiqi və ikili standartların hökm sürməsidir.
Bunlar beynəlxalq ticarətin açıq və azad şəkildə inkişafını əngəlləyən ciddi problemlərdir.
Azərbaycan Prezidenti proteksionizmin və tariflərin tətbiqinin ölkələrin öz daxili bazarlarını qorumağa çalışarkən, ÜTT-nin təməl prinsiplərinə zidd olduğunu bildirir.