Icma.az
close
up
RU
Azərbaycan ÜTT yə ciddi hazırlıqla gedir

Azərbaycan ÜTT yə ciddi hazırlıqla gedir

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan beynəlxalq ticarət aləmində daha güclü oyunçu olmaq üçün strateji hazırlıq aparır. Bu yolda ən vacib addımlardan biri isə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaqdır. Prezident İlham Əliyevin Davosda verdiyi müsahibə bu hədəfi növbəti mərhələyə daşımaqla yanaşı, qlobal ticarət nizamında Azərbaycanın necə bir yer tutacağına dair yeni mülahizələr ortaya qoydu.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq prosesinə dair Prezident İlham Əliyevin çıxışları ölkənin ticarət siyasətinin və iqtisadiyyatının gələcək inkişafını bir daha ön plana çıxarır. Azərbaycanın ÜTT-yə üzv olma yolunda əsas maneələrdən biri, Prezident İlham Əliyevin vurğuladığı kimi, qlobal proteksionizm, tariflərin tətbiqi və ikili standartların hökm sürməsidir. Bunlar beynəlxalq ticarətin açıq və azad şəkildə inkişafını əngəlləyən ciddi problemlərdir. Azərbaycan Prezidenti proteksionizmin və tariflərin tətbiqinin ölkələrin öz daxili bazarlarını qorumağa çalışarkən, ÜTT-nin təməl prinsiplərinə zidd olduğunu bildirir.

Dövlət başçısı bu problemləri müsbət tərəfdən də qiymətləndirir, çünki Azərbaycanın hazırkı iqtisadi vəziyyəti və mövcud gücü bu maneələri aşmağa imkan verir. Dövlətimizin başçısı ÜTT-yə üzv olmağın yalnız ticarət bazarlarının açılmasından ibarət olmadığını vurğulayır. Azərbaycanın ixrac potensialı hələ də neft və qaz kimi təbii resurslarla əlaqəlidir, lakin ölkə iqtisadiyyatını şaxələndirmək və müxtəlif sahələrdə daha geniş bazarlar yaratmaq məqsədi güdür.

Ümumdünya Ticarət Təşkilatına daxil olmaq, eyni zamanda, yerli istehsalçılara da təzyiq yarada bilər. Bu səbəbdən, Azərbaycan hökuməti danışıqlar prosesini diqqətlə izləyir, müxtəlif təkliflər və şərtlər üzrə balans yaratmağa çalışır. Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının artıq özünü təmin etdiyini və xarici borc yükünün çox aşağı olduğunu bildirərək, təşkilata üzvlüyün əlavə faydalara imkan verəcəyinə inandığını qeyd edir.

Bu yanaşma Azərbaycanın iqtisadi müstəqilliyini qorumağa və beynəlxalq ticarət sisteminə inteqrasiyaya çalışan bir ölkə olaraq nə qədər ciddi bir strateji yol izlədiyini göstərir. Prezident ölkənin iqtisadi sabitliyinin və gücünün ÜTT-yə üzv olma prosesində ona müsbət şərtlər yaradacağına işarə edir. Azərbaycan beynəlxalq ticarət əlaqələrində mövqeyini möhkəmlətmək üçün müxtəlif ölkələrlə ikitərəfli münasibətləri inkişaf etdirərək ÜTT ilə bağlı təkliflərin qəbul edilməsi ilə prosesin daha da irəliləyəcəyinə inandığını ifadə edir.

Bu məqamda Azərbaycan yalnız enerji resurslarına əsaslanan bir iqtisadiyyat modelindən çıxaraq, daha müasir və şaxələndirilmiş bir iqtisadiyyat qurmaq yolunda ciddi addımlar atır. Ümumdünya Ticarət Təşkilatına üzv olma Azərbaycanın yalnız beynəlxalq ticarət müstəvisində deyil, həm də qlobal iqtisadiyyatda güclü oyunçuya çevrilmək potensialını artıracaq. Bu yolda irəliləyən Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə mühüm strateji qərarlar verərək uzunmüddətli sabitlik və inkişaf üçün əsaslı bir təməl qoyur.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri