Azərbaycan və Belarus iqtisadi əlaqələri genişləndirir | Icma.az
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tərəflər arasında imzalanan yeni memorandum iqtisadi-ticarət əlaqələrini təşviq edəcək İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Belarus Universal Əmtəə Birjası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənəd Azərbaycan və Belarus arasında iqtisadi-ticarət əlaqələrinin inkişafını, birgə layihələrin icrasını və yeni tərəfdaşlıq platformalarının yaradılmasını hədəfləyir.
Memorandum Azərbaycan və Belarus arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini, biznes icmaları arasında birbaşa əlaqələrin möhkəmləndirilməsini, Azərbaycan məhsullarının Belarus birjası vasitəsilə ticarətinin təşkili, birgə tədbir və layihələrin həyata keçirilməsini, həmçinin yeni tərəfdaşlıq platformalarının yaradılmasını nəzərdə tutur.
Ticari mübadiləni artırmaq üçün yeni imkanlar Azərbaycan və Belarus arasında iqtisadi-ticarət əlaqələr yüksələn xətlə inkişaf edir, tərəflərin birgə işgüzar dialoqunun və təşəbbüskarlığının genişlənməsi sayəsində əmtəə dövriyyələri artır.
Qeyd edək ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 500 milyon dollara yaxınlaşıb, cari ilin ilk rübündə isə dövriyyə 101 milyon dolları ötüb.
Azərbaycanın Belarusa ixracı 82 faiz artaraq 17 milyon dollara çatıb.
Post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyoru olan Belarus ümumi ticarət tərəfdaşlarımızın sırasında son 2 ildə 11-ci pillədən 7-yə yüksəlib.
Tam oxu
Xəbəri oxu