Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Azərbaycan və Belarus iqtisadi əlaqələri genişləndirir

Azərbaycan və Belarus iqtisadi əlaqələri genişləndirir

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tərəflər arasında imzalanan yeni memorandum iqtisadi-ticarət əlaqələrini təşviq edəcək

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Belarus Universal Əmtəə Birjası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənəd Azərbaycan və Belarus arasında iqtisadi-ticarət əlaqələrinin inkişafını, birgə layihələrin icrasını və yeni tərəfdaşlıq platformalarının yaradılmasını hədəfləyir. Memorandum Azərbaycan və Belarus arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini, biznes icmaları arasında birbaşa əlaqələrin möhkəmləndirilməsini, Azərbaycan məhsullarının Belarus birjası vasitəsilə ticarətinin təşkili, birgə tədbir və layihələrin həyata keçirilməsini, həmçinin yeni tərəfdaşlıq platformalarının yaradılmasını nəzərdə tutur.

Ticari mübadiləni artırmaq üçün yeni imkanlar

Azərbaycan və Belarus arasında iqtisadi-ticarət əlaqələr yüksələn xətlə inkişaf edir, tərəflərin birgə işgüzar dialoqunun və təşəbbüskarlığının  genişlənməsi sayəsində əmtəə dövriyyələri artır. Qeyd edək ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 500 milyon dollara yaxınlaşıb, cari ilin ilk rübündə isə dövriyyə 101 milyon dolları ötüb. Azərbaycanın Belarusa ixracı 82 faiz artaraq 17 milyon dollara çatıb. Post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyoru olan Belarus ümumi ticarət tərəfdaşlarımızın sırasında son 2 ildə 11-ci pillədən 7-yə yüksəlib.

Respublikamızın Belarus bazarlarında qeyri-neft ixracatçısı kimi mövqeyi möhkəmlənir. Mal mübadiləsinin böyüməsində Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evi də əhəmiyyətli rol oynayır. Ticarət Evi Azərbaycan istehsalı olan spirtli içkilərin, o cümlədən şərabların təşviqində fəal iştirak edir, eyni zamanda, digər yeyinti mallarının ixracının stimullaşmasına çalışır.

Bütün bunlara baxmayaraq, tərəflər əmtəə dövriyyəsinin artırılması üçün potensialın daha böyük olduğu qənaətindədir. Ölkəmizə əsasən dəmiryol vaqonları, kənd təsərrüfatı texnikası, traktorlar və yük maşınları, ağac emalı məhsulları, süd və ət məhsulları, dərmanlar və neft məhsulları tədarük edən Belarus bu bazarın mal çeşidlərini artırmaq üçün partnyor şirkətlərlə intensiv müzakirələr davam etdiriləcək. Eyni zamanda, Belarusa neft-kimya məhsulları, spirtli içkilər, fındıq, elektrik transformatorları, şirələr, meyvə və parçaları ixrac edən Azərbaycan dövriyyənin artırılması istiqamətində ticari təşviqləri gücləndirmək niyyətindədir.

Birgə biznes layihələri icra olunacaq

İki ölkənin biznes icması arasında da birgə layihələr icra etmək üçün yaxşı imkanlar mövcuddur. Belarus Ticarət və Sənaye Palatasının Minsk bölməsinin baş direktorunun xarici iqtisadi əlaqələr üzrə müavini İrina İvanova bildirib ki, sahibkarlar arasında birbaşa əlaqələri genişləndirmək üçün dəstəkləyici addımlar atılması nəzərdə tutulur. Hazırda Belarusda Azərbaycan kapitalı ilə 156 şirkət fəaliyyət göstərir ki, onlar da ölkənin müxtəlif regionlarında istehsal sahələri yaradıblar. Həmin şirkətlərin ticarət zəncirinin çoxalmasında fəallığının artırılması əsas prioritetlərdən biridir. Həmçinin, belaruslu iş adamları da Azərbaycanda istehsal və emal müəssisələri qurmaq niyyətindədirlər. “Beltamojservis” şirkətinin logistika ofisinin direktoru Marina Belousova bildirib ki, ölkəsi əsasən aqrar məhsullar istehsal edir və bu baxımdan kənd təsərrüfatı sahəsində daha sıx əməkdaşlıq əlaqələri qurmaq və qarşılıqlı sərmayənin həcmini artırmaq mümkündür. Azərbaycanda xarici sərmayə üçün münbit imkanların mövcudluğunu qeyd edən Belarusun Universal Əmtəə Birjasının sədri Aleksandr Osmolovski isə ikitərəfli biznes dialoqlarının şaxələnməsi üçün ölkəsinin müxtəlif stimullaşdırıcı alətlərdən istifadə edəcəyini vurğulayıb.

Qeyd edək ki, biznes-forum çərçivəsində iki ölkənin şirkətləri arasında kimya sənayesi, qida, tekstil, mebel və təhsil kimi sahələri əhatə edən 6 sənəd imzalanıb. Həmin sənədlər qarşılıqlı ticarətin genişlənməsi, texnologiya mübadiləsi və istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Forumda Belarus Universal Əmtəə Birjası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında imzalanan qarşılıqlı anlaşma memorandumuna əsasən, Belarusun Universal Əmtəə Birjasında Azərbaycan şirkətlərinin təmsilçiliyi ilə bağlı brokeri sertifikatları veriləcək

Yeni iqtisadi ünvan azad edilmiş ərazilərdir

Azərbaycanla Belarus əməkdaşlığı sənaye sahəsində məhsuldar perspektivlər vəd edir. Hər iki ölkənin sənaye potensialı böyükdür və daha sıx əməkdaşlıq üçün niyyətlər elan edilib. Belə ki, tərəflər arasında iqtisadi əməkdaşlığın yeni gündəliyində əsas ana xətt azad olunmuş ərazilərdə quruculuq və iqtisadi inkişaf proqramlarında yer almaqdır. Belarusun sənaye şirkətləri Qarabağ və Şərqi Zəngəzurda təmsil olunmaq maraqlarını gizlətmir, eləcə də zəngin mineral ehtiyatlara və torpaq resurslarına malik bu bölgədə aqrar layihələrin icrasında iştirak etmək istəyir. MDB regionunda kənd təsərrüfatı texnikasının istehsalı, maşın və avadanlıqların tədarükü sahəsində liderlərindən biri olan Belarus azad ərazilərdə ağır sənaye texnikalarının istehsalı şəbəkəsi qurmaq üçün hökumətə müraciət edib. Eləcə də heyvandarlığın inkişafı ilə bağlı belaruslu iş adamlarının təklifləri dəyərləndirilir. Cins mal-qara üzrə MDB-nin lideri olan Belarusun heyvandarlıq müəssisələri yaratması bu bölgə üçün xüsusi önəm daşıya bilər. Bu, həmin bölgədə və Azərbaycanda süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün də xüsusi əhəmiyyət kəsb edir və Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmlənməsində dərin töhfə verə bilər. Eləcə də Belarus təcrübəsi üzrə Qarabağda aqroşəhərciklərin salınması böyük bir iş yerləri və məşğulluq proqramlarının gerçəkləşməsi deməkdir.

Ümumiyyətlə, Belarus Respublikasının Azərbaycanla iqtisadi bağlantılarında yeni səhifə açmaq üçün təklif və planları olduqca geniş və çoxşaxəlidir. Biznes-forumda  aparılan müzakirələr zamanı gələcək əlaqələrin yeni xəritəsinin cızılması, habelə razılaşdırılmış yeni sazişlər nəzərdə tutulan hədəflərə çatmağa imkan verəcək.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:350
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri