Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT Minsk qrupu rəsmən buraxıldı.
Indi iki ölkə arasında iki məsələ həll edilməlidir - anklav kəndlərin qaytarılması və Ermənistan Konstitusiyasında ərazi iddiaları bəndlərinin referendumla çıxarılması.
Demək olar ki, Ermənistan Azərbaycanın bütün şərtlərini yerinə yetirir.
Rəsmi İrəvan Mink Qrupunun buraxılmasını yekun sülh müqaviləsinin bağlanması ilə eyni vaxtda imza atacağını qeyd edirdi.
Avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə N.Paşinyan Minsk qrupunun buraxılması ilə bağlı təklifi qəbul etdi".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, hazırda Ermənistanda Avropa İttifaqının yarım hərbi mülki missiyası fəaliyyətini davam etdirir: "Bu missiya Azərbaycanla sərhəddə monitorinq aparırdı.