Icma.az
close
up
RU
Azərbaycan və Ermənistan arasında həllini tapmamış məqamlar: Azərbaycan bunu edə bilməz...

Azərbaycan və Ermənistan arasında həllini tapmamış məqamlar: Azərbaycan bunu edə bilməz...

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT Minsk qrupu rəsmən buraxıldı. Indi iki ölkə arasında iki məsələ həll edilməlidir - anklav kəndlərin qaytarılması və Ermənistan Konstitusiyasında ərazi iddiaları bəndlərinin referendumla çıxarılması. Demək olar ki, Ermənistan Azərbaycanın bütün şərtlərini yerinə yetirir. Rəsmi İrəvan Mink Qrupunun buraxılmasını yekun sülh müqaviləsinin bağlanması ilə eyni vaxtda imza atacağını qeyd edirdi. Avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə N.Paşinyan Minsk qrupunun buraxılması ilə bağlı təklifi qəbul etdi".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, hazırda Ermənistanda Avropa İttifaqının yarım hərbi mülki missiyası fəaliyyətini davam etdirir: "Bu missiya Azərbaycanla sərhəddə monitorinq aparırdı. Artıq Ermənistanla Azərbaycanla de-fakto sülh əldə edilib. Avropa ittifaqının Mülki Missiyasının Azərbaycanla sərhəddə hər hansı bir monitorinqinə ehtiyac qalmayıb. Amma, Avropa İttifaqı öz missiyasını Ermənistandan çıxarmır. Çünki, Avropa İttifaqının yarım hərbi mülki missiyasının fəaliyyəti məhz Rusiyaya qarşı yönəlib. Ermənistanda parlament seçkilərində N. Paşinyan qələbə əldə edəndən sonra, Avropa İttifaqının yarım hərbi mülki missiyası ölkəni tərk edəcək".

M.Əsədullazadə vurğulayıb ki, Çində Azərbaycan prezidenti ilə Ermənistan baş naziri ikitərəfli görüş keçirdi və bu görüş əvvəlki görüşlərdən fərqli olaraq müsbət atmosfer şəraitində keçdi: "Bu görüşdə hər hansı ciddi bir məsələ olmadan paraflanmış sülh mətnindən irəli gələn məsələlərin həlli üçün yaradılacaq birgə komissiyanın işinin təşkili və anklavlarla bağlı məsələlər müzakirə edilib. Anklavlarla bağlı prinsipial razılıq əldə edilib. Ola bilsin ki, müəyyən anklavlarla bağlı mübadilə mümkün olsun. Çünki, Ermənistan baş naziri Gədəbəydə Başkəndin ona aid anklav olduğunu qeyd edir. Azərbaycan Başkəndi Ermənistana verə bilməz".

Nigar,

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sitat.info
archiveBu xəbər 02 Sentyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri