Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib.
Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.Bildirilib ki, tərəflər münaqişə zamanı itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələlərə toxunublar.Qeyd olunub ki, iclasda məlumat mübadiləsi, eləcə də əməliyyat-axtarış tədbirlərinin təşkili və əlaqələndirilməsi imkanları müzakirə edilib.
Məlumata görə, tərəflər humanitar sahədə davamlı dialoqun vacibliyini vurğulayıb və itkin düşənlərin ailələrinin rifahı naminə əlaqələri davam etdirməyə hazır olduqlarını təsdiq ediblər.Daşqın HəsənovMissiya.Az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.