Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin taleyi ilə bağlı fikir mübadiləsi aparıb
Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib.
Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər münaqişə zamanı itkin düşən şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələlərə toxunublar.
Qeyd olunub ki, iclasda məlumat mübadiləsi, eləcə də əməliyyat-axtarış tədbirlərinin təşkili və əlaqələndirilməsi imkanları müzakirə edilib.
Məlumata görə, tərəflər humanitar sahədə davamlı dialoqun vacibliyini vurğulayıb və itkin düşənlərin ailələrinin rifahı naminə əlaqələri davam etdirməyə hazır olduqlarını təsdiq ediblər.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 04 İyun 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















