Azərbaycan və Ermənistan sülh müqaviləsini müzakirə edəcək | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqla
“Cebheinfo.az” xəbər verir ki, bu barədə TASS-a Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
O, Bakıda keçirilən COP29 Konfransı çərçivəsində deyib: “Noyabrın sonuna qədər Azərbaycanın gündəmində olan əsas mövzu COP29-dur.
Şübhəsiz ki, dekabr ayından Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”.
H.Hacıyevin sözlərinə görə, sənədin mətnində müəyyən suallar var: “Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir”.
“Çünki Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi.
Beləliklə, biz bu kontekstdə gecikmiş prosesi görürük. Şübhəsiz ki, dekabrdan başlayaraq yeni proses olacaq”,-deyə o əlavə edib.
Xəzər “Cebheinfo.az” Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu