Azərbaycan və Ermənistan sülh müqaviləsini müzakirə edəcək
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə TASS-a Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
O, Bakıda keçirilən COP29 Konfransı çərçivəsində deyib:
“Noyabrın sonuna qədər Azərbaycanın gündəmində olan əsas mövzu COP29-dur. Şübhəsiz ki, dekabr ayından Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”.
H.Hacıyevin sözlərinə görə, sənədin mətnində müəyyən suallar var: “Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir”.
“Çünki Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi. Beləliklə, biz bu kontekstdə gecikmiş prosesi görürük. Şübhəsiz ki, dekabrdan başlayaraq yeni proses olacaq”,-deyə o əlavə edib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 13 Noyabr 2024 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















