Qafqazinfo saytına istinadən Icma.az xəbər verir. “Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş olacaq”.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.
“Məsələlərin sülh yolu ilə həlli üçün siyasi liderlərin rolu çox vacibdir.
Bu, sizin cəsarətinizdən, liderlərin cəsarətindən, müvəqqəti məsələləri kənara qoyub strateji məqamlara baxmaq bacarığınızdan asılıdır.
Bu, ölkələrin uğurunu şərtləndirəcək. Şükür ki, ölkəmizin liderləri bu yolu, gələcəyi, ölkələrimizin sülhünü və xalqın rifahını seçiblər.
Bu, hər şeydən üstündür. Bunlar, sadəcə, sözlər deyil. Mən siyasi fəaliyyətimdə həmişə sülh üçün faydalı olmağa çalışmışam, çünki bir şeyi a
Qonşularınız varsa, yalnız qonşularınızla, o cümlədən gündəlik həyatınızda sülh içində yaşayın. Başqa yol yoxdur.
Başqa yol mübahisə, dava, vaxt itkisi deməkdir. Buna görə də həqiqətən uğur qazanacağımıza nikbinəm.