Icma.az
close
up
RU
Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək Xaçatryan açıqladı

Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək Xaçatryan açıqladı

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş olacaq”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.

“Məsələlərin sülh yolu ilə həlli üçün siyasi liderlərin rolu çox vacibdir. Bu, sizin cəsarətinizdən, liderlərin cəsarətindən, müvəqqəti məsələləri kənara qoyub strateji məqamlara baxmaq bacarığınızdan asılıdır. Bu, ölkələrin uğurunu şərtləndirəcək. Şükür ki, ölkəmizin liderləri bu yolu, gələcəyi, ölkələrimizin sülhünü və xalqın rifahını seçiblər. Bu, hər şeydən üstündür. Bunlar, sadəcə, sözlər deyil. Mən siyasi fəaliyyətimdə həmişə sülh üçün faydalı olmağa çalışmışam, çünki bir şeyi aydın başa düşürəm. Qonşularınız varsa, yalnız qonşularınızla, o cümlədən gündəlik həyatınızda sülh içində yaşayın. Başqa yol yoxdur. Başqa yol mübahisə, dava, vaxt itkisi deməkdir. Buna görə də həqiqətən uğur qazanacağımıza nikbinəm. Birgə iqtisadi və mədəni layihələrimiz də olacaq. İki ölkənin vətəndaş cəmiyyəti üzvləri görüşəndə, həqiqətən də, üstünlük qazanacağıq və artıq qazanmışıq. Növbəti dəfə işgüzar dairələr arasında da görüşlər olacaq”, - deyə Ermənistan Prezidenti bildirib.

Vaaqn Xaçatryan İrəvanda insanların artıq avtomobilləri üçün Azərbaycan yanacağını ala bildiyini diqqətə çatdırıb:

“İllər əvvəl bu barədə danışsaydınız, buna düşmən münasibəti olardı. Amma bu, yaşadığımız yeni reallıqdır. Böyük ölkələrin böyük problemləri var. Bizim öz ölkələrimiz, maraqlarımız, maraqlarımız naminə atmalı olduğumuz addımlar var. Əgər bir ölkənin strategiyası, öz gələcəyi ilə bağlı aydın mövqeyi və bu tədbirlərin həyata keçirilməsi mexanizmləri varsa, həqiqətən də bu çətin vəziyyətlərin öhdəsindən gələ bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Yanvar 2026 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri