Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstan Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri, eləcə də Prezident İlham Əliyevlə təkbətək görüş sonrası hər iki tərəfin mətbuata birgə bəyanatlarında səsləndirdikləri fikirlər bir çox mətləblərdən xəbər verir.
Yazımız bu barədə olacaq. Əlbəttə, bir sıra əlaqəli məqamların üzərində də dayanacağıq.
İlk növbədə, onu bildirək ki, Gürcüstan hökumət rəhbərinin ölkəsində gərgin keçən parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana reallaşdırması adi məsələ sayıla bilməz.
Deməli, ciddi neytrallıq xətti tutan Gürcüstan region amilinə üstünlük verir.
Bu, ölkənin müstəqil siyasət xəttinin dönməzliyini nümayiş etdirən mühüm məqamdır.
Azərbaycan da vahid Qafqaz evi ideyasına sadiqdir və rəsmi Tbilisinin eyni mövqeni bölüşməsi bu ideya üçün möhkəm təminatdır.
Bu təminat, eyni zamanda, regionu kənar qüvvələrin müdaxiləsindən sığortalayır.