Icma.az
close
up
RU
Azərbaycan və Gürcüstan Cənubi Qafqazın inkişaf sütunları

Azərbaycan və Gürcüstan Cənubi Qafqazın inkişaf sütunları

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstan Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri, eləcə də Prezident İlham Əliyevlə təkbətək görüş sonrası hər iki tərəfin mətbuata birgə bəyanatlarında səsləndirdikləri fikirlər bir çox mətləblərdən xəbər verir. Yazımız bu barədə olacaq. Əlbəttə, bir sıra əlaqəli məqamların üzərində də dayanacağıq.

 İlk növbədə, onu bildirək ki, Gürcüstan hökumət rəhbərinin ölkəsində gərgin keçən parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana reallaşdırması adi məsələ sayıla bilməz. Deməli, ciddi neytrallıq xətti tutan Gürcüstan region amilinə üstünlük verir. Bu, ölkənin müstəqil siyasət xəttinin dönməzliyini nümayiş etdirən mühüm məqamdır. 

Azərbaycan da vahid Qafqaz evi ideyasına sadiqdir və rəsmi Tbilisinin eyni mövqeni bölüşməsi bu ideya üçün möhkəm təminatdır. Bu təminat, eyni zamanda, regionu kənar qüvvələrin müdaxiləsindən sığortalayır.

İkincisi, Prezident İlham Əliyev mətbuata birgə bəyanatında İ.Kobaxidzeyə xitabən bildirdi ki, “Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan–Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir”. Həqiqətən, Azərbaycan–Gürcüstan münasibətləri xüsusi xarakter, dərin mahiyyət və məzmun daşıyır. Müstəqillik illərində həmişə belə olub. Ulu öndər Heydər Əliyev və Gürcüstanın o zamankı Prezidenti Eduard Şevarnadze tərəfindən əsası qoyulmuş əlaqələrimiz qarşılıqlı inama, mehriban qonşuluğa əsaslanıb və bu xüsusiyyət nəinki işbirliyinin möhkəmlik fazasını və etibarlılığını yaradıb, eyni zamanda, regional təhlükəsizliyin və inkişafın müstəsna seqmenti qismində çıxış edib. İ.Kobaxidzenin səfəri bu xəttin dönməzliyinin növbəti təsdiqidir. Ən əsası isə gürcü hökümət rəhbərinin parlament seçkilərindən sonra ilk səfərini ölkəmizə reallaşdırması ənənələrdən xəbər verir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. 

Bu gün Gürcüstan– Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər”. 

Üçüncüsü, bilavasitə dövlətimizin başçısının nümunəvi saydığı qonşuluq üzərində dayanmaq istərdik. Cənab Kobaxidzenin ölkəsindəki taleyüklü prosesdən sonra Azərbaycana səfər reallaşdırması həm də qonşuluğun davamlılıq xarakteridir. Bir anlıq düşünək: Müsəlman Azərbaycanı və xristian Gürcüstanı. Onu da düşünək ki, tarixin heç bir dövründə Azərbaycan və gürcü xalqlarının bir-birinə yanaşmalarında din amili ön planda olmayıb. Məişət, ənənə yaxınlığı konsepti əsas götürülüb. Halbuki, müstəqillik dövründə bir sıra beynəlxalq dairələr müsəlman Azərbaycanı bölgüsünü aparıblar. Bu xətt xristian dövləti kimi Ermənistanı ön plana çıxarmaq niyyəti güdüb. Azərbaycan–Gürcüstan qonşuluğunun nümunəvi xarakteri isə ölkəmizə yönəlik bütün mənfi stereotipləri alt-üst edib və etməkdədir. Nəticə etibarilə Ermənistan, belə demək mümkünsə, oyundankənar durumdadır. Dünya birliyi, xüsusən İrəvanın havadarları mövcud məqamı ciddi şəkildə düşünsünlər. Yaxşı olar ki, təkcə düşünməsinlər, eyni zamanda, özlərinin xristian təəssübkeşliyi notlarında düzəlişlər aparsınlar. dünki kənardan çox gülünc görünürlər. 

Dördüncüsü, Azərbaycan və Gürcüstan qonşuluğu beynəlxalq aləmə də nümunədir. Bu qonşuluğun vahid Qafqaz evi ideyasını xatırlatdıq. Nəzərə alaq ki, ev də dövlət kimi güclü müdafiə qabiliyyətinə malik olmalıdır. Əgər SSRİ-nin süqutunadək Azərbaycan və gürcü xalqları müştərək saydıqları məkanı tarixi yaxınlıq ənənələri ilə qoruyublarsa, müstəqillik illərində müdafiənin xarakteri dəyişib. Bu gün Bakı və Tbilisi mövcudluqlarının dünyaya faydalılıq parametrini müəyyənləşdiriblər. Mövcud trayektoriyada ənənələr birləşdirici, əlaqələr və işbirliyi möhkəmləndirici mahiyyət daşımaqdadır. Möhkəmlənən isə dövlətlərimizdir. Hesab edirik ki, baş nazir İ.Kobaxidzenin Azərbaycana səfərinə və səfər çərçivəsində səslənmiş fikirlərə məhz bu kontektstdən də yanaşmaq lazımdır. 

Beşincisi, Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan–Gürcüstan əməkdaşlığının müxtəlif sahələri üzərində dayandı. Əvvəldə bu əməkdaşlığın regional təhlükəsizlik və beynəlxalq aləm üçün faydalılıq amillərinə nəzər yetirdik. Hesab edirik ki, hər iki seqmentin dərinləşməsinə və dolğunlaşmasına ehtiyac var. dünki dünya dəyişir və inkişaf edir. Obrazlı desək, geridə qalmış atların güllələndiyi bir dövrdə yaşayırıq. Məsələyə mövcud prizmadan yanaşsaq, hər iki ölkənin bir-biri üçün də cəlbedicilik fazasının gücləndirilməsinə ehtiyac duyulmaqdadır. Ona görə də Prezident İlham Əliyev Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyduğunu xatırladıb və əlavə edib: “Əlbəttə, bu, onu göstərir ki, hökumətinizin (rəsmi Tbilisinin – red.) uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar”.

Altıncısı, bilavasitə haqqında söz açdığımız regiondan kənara, beynəlxalq aləmə faydalılıq amili üzərində dayanaq və Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə diqqət yetirək. Dövlətimizin başçısı energetika sahəsində Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlığın daha böyük, geniş coğrafiya üçün əhəmiyyətini vurğulayıb. Nəzərə alaq ki, Prezident Əliyev Qərb qonşumuzla birgə həyata ke çirdiyimiz neft-qaz layihələrinin hazırda bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil etdiyini elə-belədən diqqətə çatdırmır. Bu, xaricə mesajdır. Mesajda Gürcüstanın da dünya üçün önəmi vurğulanır. “Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir və ixracın həcmi ildən-ilə artır. Keçən il, bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi – ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da, çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır”, – deyən ölkəmizin lideri paralel olaraq, müştərək yaşıl enerji layihələrinin də reallaşdırıldığından söz açıb. Bu isə həssas sahənin əhəmiyyətinin ciddi şəkildə vurğulanmasıdır.

***

Ayrıca onu da bildirək ki, Prezident İlham Əliyevlə Baş nazir İrakli Kobaxidzenin təkbətək görüşündə müzakirə edilən ən başlıca məsələlərdən biri də Orta Dəhliz layihəsi olub. Görünən budur ki, sözügedən dəhliz bağlantılarımızın mühüm aspektini müəyyən edəcək. Dövlətimizin başçısı “Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti”nin bu layihəni də uğurla başa çatdırmaq üçün əminlik yaratdığını dilə gətirib. “Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayırlar” – deyən Prezident İlham Əliyev hər iki ölkədə nəqliyyat infrastrukturunun genişləndirilməsinin, həmçinin infrastrukturun rəqəmsallaşdırılmasının həm xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmət mahiyyətini qabardıb. Bu yerdə yalnız bir faktı vurğulayaq: Azərbaycanın Zəngəzur dəhlizi ideyası böyük Orta Dəhliz ideyasının mühüm tərkib hissəsi sayılır. Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına qarşı çıxır. Elə isə Baş nazir İrakli Kobaxidzenin Bakıda nələri bildirdiklərini yada salaq: “Cənab Prezident, Siz bağlantı layihələrini qeyd etdiniz. Bu, mühüm bir sahədir və bizim ikitərəfli əlaqələrimizin inkişafı baxımından da bu mövzu vacib əhəmiyyət kəsb edir. Bu coğrafi genişlənmədə ölkələrimiz əhəmiyyətli rol oynaya bilər. Biz Asiyanı Avropa ilə birləşdiririk və bu potensialdan maksimal dərəcədə istifadə etməliyik. Odur ki, bu layihələr bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olmuşdur. Hazırda üzərində işlədiyimiz növbəti layihələr var ki, onlar da bizim ölkələrin mənafeyi naminə bu potensialı genişləndirəcək. Bu tərəfdaşlığımızın irəlilədilməsi üçün əlavə səylər göstərməyə hazırıq”.

Bəli, Azərbaycan və Gürcüstan Cənubi Qafqazı dünyaya tam fərqli tərzdə təqdim etməkdə israrlıdırlar. Belə bir təqdimat regionun beynəlxalq aləm üçün vaciblik parametrini müəyyənləşdirir, hər iki dövlətin müstəqil siyasət amplitudasını eyni hədəflərə kökləyir. Strateji tərəfdaşlığı doğuran də məhz budur. Strateji tərəfdaşlığın təməlində isə dostluğa və qardaşlığa əsaslanmış tarixi ənənələr dayanır ki, Gürcüstanın baş naziri İ.Kobaxidzenin mətbuata bəyanatında məhz mövcud məqama önəm verməsi rəsmi Tbilisi ilə Bakının münasibətlərinin etibarlılığı baxımından tamamlayıcı faktordur: “Mən əminəm ki, bu tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcəkdir. Vacib məqam odur ki, biz hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik. Cənab Prezident, bu dəstəyə görə şəxsən Sizə və Azərbaycana təşəkkür edirəm”.

Sonda bir daha Baş nazir İrakli Kobaxidzenin ölkəsindəki parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana reallaşdırması üzərində dayanaq. Məsələ burasındadır ki, Gürcüstan seçkilərdə gərgin mübarizə şəraitində öz gələcəyini, milli dəyərlərini, tarixi irsini, təhlükəsizliyini və inkişafını qorudu. Ayrıca onu da bildirək ki, Azərbaycan və Gürcüstan liderlərinin və xalqlarının müdrikliyi ümumən regionumuzun yad dəyərlərdən, qeyri-ənənəvi meyillərdən müdafiəsində başlıca halqanı təşkil etməkdədir. Nəticədə hazırda hər iki ölkə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, çiçəklənmənin və inkişafın sütunlarıdır. Əminik ki, bundan sonra da belə olacaq.

Əvəz CAHANGİROĞLU,

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Yanvar 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see128

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see127

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see127

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see124

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see124

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see124

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see123

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see121

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see118

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see118

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see117

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see116

İran AES lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək Vitse prezident

12 Aprel 2025 20:52see116

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see116

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see115

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see114

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see114

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see114

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri