Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Hazırda qlobal proseslər elə məzmun və keyfiyyət daşıyır ki, Azərbaycan və Gürcüstan arasında münasibətlərin daha da yaxınlaşması ehtiyacını artırmış olur.
Hələ Gürcüstanda seçkilərdən dərhal sonra Gürcü Arzusu Partiyasının rəhbərliyinə daxil olan şəxslər yaxın vaxtlarda Azərbaycanla münasibətləri ən yüksək səviyyəyə, hətta strateji tərəfdaşlıq səviyyəsinə çatdıra biləcəklərini bəyan edirdilər və həqiqətən də indiki situasiyada buna ehtiyac mövcuddur.
Çünki Gürcüstan da Qərbin ədalətsiz və qərəzli təzyiqlərinə məruz qalır.
Eyni zamanda, Azərbaycan da beynəlxalq ermənipərəst siyasi dairələrin ədalətsiz və qərəzli təzyiqlərinə məruz qalır”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli söyləyib.
E.Xalidbəyli əlavə edib ki, bu iki Cənubi Qafqaz dövlətinin ortaq maraqları həm geopolitik, həm də iqtisadi, ticarət, siyasi anlamda tamamilə üst-üstə düşür: “Həmçinin Azərbaycan və Gürcüstanı həm də ortaq nəqliyyat kommunikasiya marşrutlarının olması birləşdirir.
Eləcə də bir çox istiqamətlər üzrə Azərbaycan və Gürcüstanın daha da yaxınlaşması üçün münbit şərait mövcuddur.