Icma.az
close
up
RU
“Azərbaycan və Gürcüstan əməkdaşlığı Cənubi Qafqazın gələcək taleyini həll edə biləcək önəmli faktordur”

“Azərbaycan və Gürcüstan əməkdaşlığı Cənubi Qafqazın gələcək taleyini həll edə biləcək önəmli faktordur”

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hazırda qlobal proseslər elə məzmun və keyfiyyət daşıyır ki, Azərbaycan və Gürcüstan arasında münasibətlərin daha da yaxınlaşması ehtiyacını artırmış olur. Hələ Gürcüstanda seçkilərdən dərhal sonra Gürcü Arzusu Partiyasının rəhbərliyinə daxil olan şəxslər yaxın vaxtlarda Azərbaycanla münasibətləri ən yüksək səviyyəyə, hətta strateji tərəfdaşlıq səviyyəsinə çatdıra biləcəklərini bəyan edirdilər və həqiqətən də indiki situasiyada buna ehtiyac mövcuddur. Çünki Gürcüstan da Qərbin ədalətsiz və qərəzli təzyiqlərinə məruz qalır. Eyni zamanda, Azərbaycan da beynəlxalq ermənipərəst siyasi dairələrin ədalətsiz və qərəzli təzyiqlərinə məruz qalır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli söyləyib.

E.Xalidbəyli əlavə edib ki, bu iki Cənubi Qafqaz dövlətinin ortaq maraqları həm geopolitik, həm də iqtisadi, ticarət, siyasi anlamda tamamilə üst-üstə düşür: “Həmçinin Azərbaycan və Gürcüstanı həm də ortaq nəqliyyat kommunikasiya marşrutlarının olması birləşdirir. Eləcə də bir çox istiqamətlər üzrə Azərbaycan və Gürcüstanın daha da yaxınlaşması üçün münbit şərait mövcuddur. Ancaq bu, yalnız iki dövlət arasında deyil, həm də üçtərəfli proses xarakteri daşıyır. Çünki Azərbaycan, Türkiyə və Gürcüstan arasında da oxşar proses davam edir. Çünki tezliklə bu üç ölkənin, yəni Azərbaycan, Türkiyə və Gürcüstan rəhbərliyinin növbəti dəfə ortaq maraqlar çərçivəsində birgə müzakirələrə başlayacaqları barədə məlumatlar mövcuddur. Yəni Cənubi Qafqazda Azərbaycan və Gürcüstan münasibətləri böyük ölçüdə bu regionun gələcək taleyini həll edə biləcək münasibətlərdir. Çünki ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı geopolitik müstəmləkəyə çeviriliblər və ona tam şəkildə nəzarət edirlər. Amma Ermənistana nəzarət Cənubi Qafqaz üzərində hegemonluq uğrunda mübarizənin qalibini müəyyənləşdirmək üçün yetərli deyil. Cənubi Qafqazda əsas iradə sahibi Azərbaycandır. Azərbaycan ABŞ və Qərbin Cənubi Qafqazda xüsusi status qazanmasının əleyhinədir və buna müqavimət göstərir. İndiyə qədər də buna nail olunub”.

Politoloq qeyd edib ki, digər tərəfdən Qərb Gürcüstanda öz hədəflərinə nail olmayıb, Azərbaycan və Gürcüstanın hazırda ortaq mövqedən çıxış etməsi Cənubi Qafqazda Qərb siyasi dairələrinin hegemoniya cəhdlərinin qarşısını almaqda böyük önəm daşıyır. Həmçinin o, bütün bunları nəzərə alanda Azərbaycan və Gürcüstan əməkdaşlığının Cənubi Qafqazın gələcək taleyini həll edə biləcək önəmli bir faktor olduğunu vurğulayıb.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 Yanvar 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri