Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq. Əlişah Rəcəbov, YAP Ağdaş rayon təşkilatının sədri Azərbaycan-Gürcüstan münasibətlə
İki ölkə arasında əlaqələr tarixən mehriban qonşuluq əsasında inkişaf etdirilmişdir.
Gürcüstan Prezidenti seçilən Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini ölkəmizə etməsi də Azərbaycan-Gürcüstan dostluğundan xəbər verir.
Aprelin 16-da baş tutan səfər zamanı prezidentlərin mətbuata bəyanatlarla çıxışında Prezident İlham Əliyev Mixeil Kavelaşvilinin səfərini yüksək qiymətləndirərk vurğuladı bu səfər Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.
Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir.
Prezident İlham Əliyev mətbuata bəyanatında iki ölkənin birlikdə bir çox önəmli layihələrə imza atdıqlarına və bu layihələrin həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıdığına diqqət çəkdi.
Ölkə başçısı bildirdi ki, ölkələrimizin siyasi əlaqələri davamlı olaraq inkişaf edir.
Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır.