Icma.az
close
up
RU
Azərbaycan və Gürcüstanın birgə maraqları

Azərbaycan və Gürcüstanın birgə maraqları

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycan-Gürcüstan münasibətlərinin qədim tarixi kökləri vardır. İki ölkə arasında əlaqələr tarixən mehriban qonşuluq əsasında inkişaf etdirilmişdir. Gürcüstan Prezidenti seçilən Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini ölkəmizə etməsi də Azərbaycan-Gürcüstan dostluğundan xəbər verir. Aprelin 16-da baş tutan səfər zamanı prezidentlərin mətbuata bəyanatlarla çıxışında Prezident İlham Əliyev  Mixeil Kavelaşvilinin səfərini yüksək qiymətləndirərk vurğuladı  bu səfər Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir. Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir.

Prezident İlham Əliyev mətbuata bəyanatında iki ölkənin birlikdə bir çox önəmli layihələrə imza atdıqlarına  və bu layihələrin həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıdığına diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, ölkələrimizin siyasi əlaqələri davamlı olaraq inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.

Azərbaycan və Gürcüstanı birləşdirən bir çox sərmayə layihələri ölkələrimizlə yanaşı böyük coğrafiya üçün  də önəmlidir. Ölkələrimizin birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri böyük əhəmiyyət daşıyan layihələrdir. Bu layihələr nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Mətbuata bəyanatında Prezident İlham Əliyev bu mövzuda fikir bildirərkən vurğuladı ki, Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir.

Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi Azərbaycan və Gürcüstanın birgə maraqlarında olan məsələdir və hər iki ölkə bu işdə öz töhfəsini verir. Prezident İlham Əliyev mətbuata bəyanatında onu da qeyd etdi ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Aprel 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see312

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see290

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see272

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see270

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see224

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see223

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see199

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see196

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see194

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see192

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see190

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see190

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see190

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see187

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see185

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see184

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see184

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see184

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see181

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri